Lent.az-ın forumunda: “Namus məsələsi” - MÜZAKİRƏ
07 noyabr 2012 18:41 (UTC +04:00)

Lent.az-ın forumunda: “Namus məsələsi” - MÜZAKİRƏ

Lent.az özünün Facebook səhifəsində oxucularına bu sualla müraciət edib: “Necə fikirləşirsiniz, bu cür namus məsələləri bıçaqla, silahla həll edilməlidir, yoxsa qanunla, hüquqla?”

Verilən cavabları təqdim edirik:

Glamurniy Bakinec: Namus namusdur! Köhnədən bilirik ki, belədir. Ölmək də lazımdı, öldürüb “sroka getmək” də...

Gulnarə Shammadova: Məncə, hər bir məsələ ailə daxilində həll olsa, daha yaxşı olar. Namus, qeyrət ölümlə, bıçaqla həll olunmur. Başa düşən hər bir şəxs öz problemini vəhşicəsinə deyil, qayda-qanunla həll etsə, daha yaxşı olar.

Tı Kto Sekret: Qeyrət-namus məsələsində qanunun nə işi var?

Ayselka Əfəndizadə: Əşi, xəyanətkar birinə görə qatil olmaqdansa, elə birini həyatımdan çıxararam, daha yaxşı...

Elik Nur: Namussuzun başı kəsilməlidir. Kəsilmir və ona görə də bu cür tiplər hər gün bir az daha çoxalırlar. Nə qədər ki, sərt tədbir görülmür artacaq da. Adamlar şərəfi, ləyaqəti 2 qəpiklik ediblər.

Məhəmməd Əhmədov: Peyğəmbər (s.a.a.s) hədislərində dünyanın axır əlamətlərində var ki, zina artacaq. Açıq-aşkar əxlaqsızlıq baş alıb gedəcək.

Revashversus Hasanov: Öldürmək, başı kəsilməlidir...

Ləzgin Aslanov: Daşlayıb, öldürmək lazımdır...

Gülya Tağızadə: 13-18 yaş arasındakı qızları ərə verəndə heç belə şeyləri düşünən yoxdur. 10 ildən sonra ailədən bezir, dünyadan anlayışı yox, ipi boşalır, nə istəyir edir. Onların da belə uşaqları əmələ gəlir və artır.

Ulvi Cabbarov: Xəyanətə nə qanuni cəza? Ölüm!

Pünhan Nəsibov: Bu məsələ nə bıçaqla, silahla, nə də qanunla, hüquqla həll ediləsi məsələ deyil. Əvvəlcə ictimaiyyəti mənəvi cəhətdən doyurmaq lazımdır. Məncə, bunun birinci yolu da insanlara səmimiyyəti tam mənası ilə öyrətmək və səmimi yaşamağı praktiki olaraq həyata keçirməyə kömək etmək lazımdır. Burada səmimiyyət deyəndə Mövlanənin dediyi kimi “Ya göründüyün kimi ol, ya da olduğun kimi görün” prinsipini nəzərdə tuturam. Nə qədər ki, insanlardan kişilərin ailədən kənarda istədiklərini edə biləcəkləri, lakin qadınların buna hüququnun çatmadığı ideologiyası bizim cəmiyyətə hakim olacaq, yuxarıda qeyd etdiyimiz problemlərlə qarşılaşacaq. Məncə, bu cür cinayətlərin əsas yaranma səbəbi “Kişi istədiyi qadınla gəzər... Kişidir də... Nə olacaq. Əgər qadın gəzərsə, namusumuz kirləndi”dir. Bu arada əlbəttə ki, bir vətəndaş kimi, hətta kişi cinsinin bir nümayəndəsi kimi qadınlarımızın pis yollara düşməyinin qəti tərəfdarı deyiləm. Ancaq məncə qadının pis yola düşməyini istəməyən hər bir Azərbaycan kişisi özü də öz qadınına xəyanət edib başqa qadınlarla pis yola getməməlidir. Hər bir kişi düşünməlidir ki, əgər o öz həyat yoldaşını başqasıyla aldadırsa, deməli həyat yoldaşının da onu aldatma hüququ ortaya çıxır. Əslində bu mövzuda cild-cild kitablar yazmaq olar. Amma gəlin heç kimi aldatmayaq. Hətta ailəmizi əsla aldatmayaq. Həm sözlərimizlə həm də başqa qadınlarla. Əgər biz öz qadınımıza sadiq olsaq və bu əxlaqi dəyərləri ailəmizdə, yuvamızda şüar etsək, qadınlar da kişiləri aldatmaz. Və nəticədə də cəmiyyətimizdə baş verən cinayətlərin sayı azalmış olar. Hər şey Azərbaycan üçün!

Nurka Xanlarqızı: Əşi, namus – namusdur. Dədə-babadan eşitmişik belə də davam edir. Elə insanlar yaşamağa layiq deyil. Onsuz da elə bir vaxtda yaşayırıq ki, dünyanın sonu elə bil yaxınlaşır.

Fərahim Quluzadə: Əksəriyyətini türk serialları korlayıb. Qanun bəzən namusu təmizləmir. Namussuz yaşamaqdansa, ölmək yaxşıdır.

Pünhan Nəsibov: Niyə hamı problemi özgələrdə axtarır. Əziz dostlar, gəlin bir anlıq da olsa, özümüzü nəzərdən keçirək: mən heç xəyanət etdimmi? Hamı bu sualı özünə versin.

Məhəmməd Əhmədov: Bir də cəmiyyətdə sevgi artandan boşanmalar, əxlaqsızlıqlar artıb. Əvvəllər gənclər evlənəndə valideynin göstərişi ilə evlənirdilər. İndi bir qızın az qala 100 sevgilisi olur. Biabırçılıqdı.

Pünhan Nəsibov: Unutmayaq ki, bizim tək namusumuz evimizdəki qadın deyil, qarış-qarış, santimetr-santimetr vətən torpağı da bizim müqəddəs namusumuzdur. Ən böyük namus vətəndir.

Füzuli Əliyev: Namus üstə adam öldürdükdən sonra, məgər namus təmizlənir?

Lysandra Rhode: Namus deyilən şey yoxdur. Namus qadınla ölçülməməlidir. Namus anlayışımız da əxlaq kodeksimiz kimi absurddur. Namus nəsildən nəslə keçən şeydir. Bizə deyiblər ki, “bu namussuzdur” ya da “bu namussuzluqdur”, biz də inanmışıq. Əslində insanı qətlə yetirmək üçün səbəblər çox ola bilər. Bu alçaqlar sadəcə namusun “çılpaq arxasında” gizlənmək istəyənlərdir.

Füzuli Əliyev: Biz namusun ancaq “iki ayağın arasında” olduğunu düşünürük. Sizcə ruslar, ingilislər və ya fransızlar üçün namus nə deməkdir?

Müzakirələrdə iştirak etmək və baş verənlərdən dərhal xəbərdar olmaq istəyirsinizsə səhifəmizi (like) izləyin: http://www.facebook.com/onlinexeber

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2302

Oxşar yazılar