Bakıda sağlamlıq turizmi üzrə I Beynəlxalq Konqres keçiriləcək
07 noyabr 2012 13:42 (UTC +04:00)

Bakıda sağlamlıq turizmi üzrə I Beynəlxalq Konqres keçiriləcək

Noyabr ayının 8-9-da Bakıda "JW Marriot Absheron" hotelində sağlamlıq və termal turizm üzrə Azərbaycan-Türkiyə I Beynəlxalq Konqresi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan tərəfdən Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Milli Elmlər Akademiyası, sanatoriya və kurortların, turizm şirkətlərinin nümayəndələrinin, eləcə də Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Turizm Assosiasiyası, turizm informasiya mərkəzlərinin nümayəndələrinin, Türkiyə tərəfdən Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, bəzi valilik, bələdiyyə qurumları, sağlamlıq və termal turizm müəssisələri, Türk Hava Yolları və Türkiyənin Bakıdakı səfirliyinin təmsilçilərinin iştirakı gözlənilir.

Konqres noyabrın 8-də saat 9:30-da “JW Marriot Absheron Baku” hotelində işə başlayacaq.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 956

Oxşar yazılar