Son döyüş, son zəng, son təbəssüm... – HEKAYƏT -
Azərbaycanın ən qapalı, eyni zamanda mətbuatın və ictimaiyyətin ən çox diqqətində olan bir qurumun - Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş zabiti. Nazirlikdə çalışdığı müddətdə demək olar ki, hər gün o mətbuatla əlaqə saxlayar, qurduğu ünsiyyətə görə sələflərindən və xələflərindən daha çox sevilərdi. O peşəkar hərbçi, Azərbaycanın Türkiyə hərbi məktəblərində təhsil almağa göndərilmiş ilk zabitlərindən idi.
Nazirlikdəki vəzifəsindən cəbhə xəttinə, özü də aşağı pillədə vəzifəyə göndərilməsi, rütbəsinin bir pillə aşağı salınması gerçəkdən ona təsir etmişdi. Amma hər dəfə söhbətimizdə «gəldim ön xətdə də vəzifəmi yerinə yetirim» deyirdi.
Uzun illər ixtisası üzrə çalışmaması sonradan yenidən bu sahəyə qayıdarkən onun işində çətinlik yaradırdı. Deyirdi ki, mühəndis-istehkam zabiti hər gün işin içində olmalı, yenilikləri təqib etməli, öyrənməli və biliyin təkmilləşdirməlidir. 16 il başqa sahədə çalışıb birdən bu sahəyə qayıtmaq hər şeyə yenidən başlamaq kimidir. Bununla belə, o üzərinə düşən vəzifəni yerinə layiqincə yetirirdi.
Əsl Azərbaycan zabiti
Azərbaycanın hərb tarixində İlqarın şəhadətinə bənzər hadisələr barmaqla sayılacaq qədər azdır. İlqarın öz həyatını təhlükədə qoyub atdığı addımı sabiq rəisi, polkovnik Ramiz Məlikov «əsl Azərbaycan zabitinə məxsus qəhrəmanlıq» adlandırır: «İlqar Verdiyev Azərbaycan Silahlı Qüvvələrinin zabiti idi. Sonadək də bu zabit adına sadiq qaldı və əsl zabit kimi şəhadətə qovuşdu».
İlqar Verdiyevlə bizim də bir jurnalist olaraq tez-tez əlaqə saxlayırdıq. Sonuncu dəfə may ayında – məzuniyyətdə olarkən APA-nın redaksiyasına da gəlmişdi. Bir az dərdləşdik. Şəhid olmazdan bir gün əvvəl telefon söhbətimizdə «ürəyimə damıb, mənə nə isə olacaq. Bizim keçdiyimiz yol, yaşadığımız çətinliklərdən bir yazı hazırlayarsan. Özün hər şeyi bilirsən» dedi. İyun ayının əvvəlləri cəbhədə vəziyyət gərginləşən günlərdə ona hər gün zəng edir, hal-əhval tuturdum. Sonuncu dəfə iyunun 8-də özü zəng etdi. Dedi ki, dost-tanışla danışmaq istədim. Ordu günü ərəfəsində hərbçilərə veriləcək evlər barədə bir xəbərin olub-olmadığın soruşdu. Bir gün əvvəlki gecə OZM tipli (qəlpələnən minadır) minaya düşməkdən xilas olduğunu dedi: «Minadan tük məsafəsində keçdim. Elə bil ürəyimə damıb. Mənə nə isə olacaq».
9 iyun: Hərbi hissədən verilmiş əməliyyat tapşırığını yerinə yetirmək üçün İ. Verdiyev öz əsgərləri ilə təyin olunmuş sahədə əməliyyata çıxır. Briqadanın mühəndis-istehkam xidmətinin rəisi Zahir Məmmədov da əməliyyata şəxsən qatılır. İstehkamçılar bir istiqamətdə Z. Məmmədovun, digər istiqamətdə isə İ. Verdiyevin rəhbərliyi altında sahəyə çıxaraq tapşırığın icrasına başlayır. Elə hadisə də bu zaman - gözlənilmədən baş verir. Briqadanın zabiti Z. Məmmədovun işlədiyi sahədə piyada əleyhinə mina partlayır. O, ayağını itirir. Bilavasitə komandiri olan Z. Məmmədovu xilas etmək üçün İ. Verdiyev ona tərəf yönəlir. Əsgərlərinin xahişinə baxmayaraq İlqar minalı sahəyə çıxır və sürünərək yaralı yoldaşını xilas etmək üçün ona yaxınlaşır. Lakin...
İlqarın qardaşı Azər Verdiyev deyir ki, o, İlqarın son döyüşünün şahidi olan insanlarla şəxsən söhbət edib: «Hadisənin şahidi olan şəxslərdən biri deyir ki, Z. Məmmədovu sahədən çıxarmaq üçün İlqar özünü irəli atdı. Əsgərlər «komandir ora minalıdır, sən getmə» deyə onu saxlamaq istəsələr də, o, əsgərlərinə «görmürsünüz nə vəziyyətdədir. Çabalayır, onu çıxarmalıyam», - deyib. Sürünərək yaralı zabitə xeyli yaxınlaşıb. Bir neçə metr qalmış ikinci mina İlqarın sağ qolunun dirsəyi altında partlayıb. Yaralı halda o, hətta sürünərək geri qayıdıb. Səngərə bir neçə metr məsafə yaxınlaşıb. Bundan sonra əsgərlər onları minalı sahədən çıxararaq əvvəlcə Sarıcalı hospitalına gətiriblər. Buradan isə helikopterlə Bakıya gətirildi. Mənim söhbət etdiyim zabitlərdən biri təcili yardımda İlqarı hospitala qədər müşayiət edib. Həmin zabit deyir ki, yolda İlqar gözünü açıb məndən bir şey soruşdu: əsgərlərimə bir şey olmayıb? Yox dedim. Bu zaman o, gülümsündü. Hospitalda İlqarın sol qolunu amputasiya etdilər. Lakin onu həyatda saxlamaq mümkün olmadı. İyunun 14-ü günorta saatlarında dünyasını dəyişdi».
Son saatlarında Bakıdakı Mərkəzi Kliniki Hospitalda bizimlə söhbət edən hərbi həkimlərimizdən biri İlqarın həyat mübarizəsi haqqında danışırdı: «İlqarın çox güclü orqanizmi və ürəyi var. Piyada əleyhinə mina 200 qram trotil gücündədir. Mən neçə ildir hospitalda çalışıram. Müharibəni görmüşəm. Adamın dirsəyinin altında partlaya, sağ qalasan, möcüzədir».
General olmaq üçün hərbçi oldu
İlqarın atası Tapdıq Verdiyev oğlunun uşaqlığını göz yaşları ilə xatırlayır. «İlqar 1975-ci il oktyabrın 31-də anadan olub. Uşaqlığı çox qaynar keçib. O zaman indiki kimi silah oyuncaqları yox idi. İlqar məftildən, taxtadan cürbəcür silah maketlər düzəldərdi. Küçəni yaşıdları ilə döyüş meydanına çevirmişdi. Evə qayıdanda müharibədən dönən əsgərlərə bənzəyirdi. Üst-başı toz torpaq içində olardı. Anası tənbeh edirdi, yenə xeyri yox idi. Uşaqlıqda həmişə deyirdi ki, mən general olacağam. Oxumağına, məktəb davamiyyətinə söz yox idi. Həmin həvəs onu hərbi məktəbə apardı. Açığını deyim ki, həmin dövrdə ölkədə qarışıqlıq yaranmışdı. Mən də onun hərbçi olmasını istəmirdim. İnad elədi və Naxçıvanski adına Hərbi Liseyə qəbul olundu. Liseydə yaxşı oxuyurdu. 20 yanvar hadisələri olan vaxt mənə məlumat çatdı ki İlqar da daxil olmaqla bir qrup uşaq yığılıb Qarabağa vuruşmağa gedir. Həmin vaxt hərbi liseydən çıxdı. Ara sakitləşdikdən sonra yenidən məktəbə qayıtdı. O vaxt məktəbin rəisi rəhmətlik Valeh Bərşadlı idi. Qəbul etdi. Yenidən imtahan verib məktəbə qəbul olundu. Buranı bitirəndən sonra Hərbi Dənizçilik Məktəbinə daxil oldu. 1992-ci ildə təkrar imtahan verərək Türkiyədə hərbi məktəbə qəbul edildi. İlqargil Türkiyəyə göndərilmiş ilk kursantlarımızdan idi. Ümumilikdə İlqar Türkiyədə 4 il təhsil aldı və 1 il staj keçdi. Sonradan NATO-nun ayrı-ayrı kurslarının iştirakçısı oldu. İngilis dilini öyrəndi və təmiz danışırdı. Türkiyədən qayıtdıqdan sonra bir müddət Tovuzda xidmət etdi. Sonra Səngəçal qəsəbəsindəki hissəyə təyinat aldı. Müdafiə Nazirliyində işə qəbul olunmasında onun xarici dilləri bilməsi, eləcə də o zaman üçün nadir olan kompüterdən istifadə bacarığı idi.
Məktəbdə oxuduğu dövrdə ondan müsbət rəylər gəlirdi. Türkiyədən hətta məktəb komandanı adından bizə təşəkkür məktubu da göndərilmişdi. Onların bir qismi bizdə son zamanlaradək qalırdı. İlqar ailədə çox üzüyola uşaq idi. Hara göndərirdin onu yerinə yetirirdi. Məni yandıran o idi. Çox zehnli idi. Nə oxuyardısa yadında saxlayırdı».
Atası deyir ki, İlqar cəbhə bölgəsinə göndəriləndə də heç bir narazılığı olmayıb: «Həmişə danışanda «ata, narahat olma. Hər şey qaydasındadır» deyirdi. Sən demə, heç nə qaydasında deyilmiş. Mən sonradan bildim bunları».
İlqarın əsgərləri ilə doğma qardaş kimi münasibət saxladığını deyən atasının sözlərinə görə, o yaralı halda hospitalda olarkən əsgərlərin valideynləri onları tək qoymayıb: «İlqar komandiri olduğu bölməyə öz hesabına hər cür şərait yaratmışdı. Valideynlər özləri də İlqarın necə komandir olmasından ağız dolusu danışardılar. Əsgərləri üçün əlindən gələni edərdi. Bayramlarında hədiyyə alardı və s. Özünün maaşından belə xərcləməklə əsgərləri üçün hər şərait yaratmışdı. Sadə də olsa, hamam qurmuşdu, su çəkdirmişdi. Əsgərinin təmizliyinə xüsusi diqqət yetirirdi».
Uşaqları hələ də onun yolunu gözləyir
İlqar şəhid olmasaydı cəmi iki ay sonra – sentyabr ayında ordudan tərxis olunacaqdı. Sonuncu dəfə, may ayında məzuniyyətdə olarkən uşaqlarına «darıxmayın, 2-3 aydan sonra qayıdacam. Bundan sonra həmişə yanınızda olacam», - deyib.
Tapdıq kişi deyir ki, İlqar uşaqları ilə bağlı böyük arzuları olub. Övladlarını əsl vətəndaş kimi böyütmək istəyirdi: «Deyirdi ki, onları xalqa, dövlətə layiqli vətəndaş kimi böyütmək istəyir. Özünün iki övladı vardı. Həyat yoldaşının bacısı və bacanağı rəhmətə getdiyindən onların kimsəsiz qalan bir qız övladını da İlqar öz öhdəsinə götürmüşdü. O qızı öz doğma balalarından ayırmır, uşaq da İlqara ata deyirdi. Uşaqlarına xəbəri iki ay sonra çatdırdıq. Böyük oğlu başa düşsə də o biri uşaqlar hələ bunu qəbul etmək istəmirlər. Onlar hər gün soruşurlar ki, «atamız hardadır?», «atamız evə niyə gəlmir?» soruşanda bilmirik nə cavab verək. Necə anladaq onları?».
Qardaşı Azər Verdiyev deyir ki, İlqar şəhid olmasaydı, avqust aynını 30-da ordudan tərxis olunmasının vaxtı çatırdı.
«Sonuncu dəfə evə may ayında gəlmişdi. Gedəndə anasına «mama, səninlə dərdləşmək istəyirəm» dedi. Amma nə deyəcəkdi, bilmədik. Telefonla qardaşları ilə hadisə olan gün bir neçə saat əvvəl danışmışdı. Həmişə səsindən enerji duyulan İlqar sonuncu dəfə bizimlə danışanda elə bil yorğun idi. Bu, onunla son danışığımız oldu», - deyir qardaşı.
Döyüş tapşırığını yerinə yetirərkən, zabit yoldaşını xilas etmək üçün öz canından keçmiş şəhid İlqar Verdiyevin bu gün 37 yaşı tamam olurdu. Ailəsi İlqarın adının əbədiləşdirilməsini gözlədiyini deyən atası bununla bağlı lazımi instansiyalara müraciət edildiyini deyir: «Müdafiə Nazirliyinə edilmiş birinci müraciətə cavab olaraq deyiblər ki, onun təltif olunması üçün xidmət etdiyi hərbi hissədən təqdimat gəlməyib. Məni yandıran odur ki, bu gün İlqarın şəhidlik sənədinə onun döyüş tapşırığını yerinə yetirərkən, zabit yoldaşını xilas edərək şəhid olması yazılmayıb. İndi İlqarın xilas etdiyi zabit də deyir ki, o məni xilas edərkən şəhid olmayıb. Halbuki qardaşı hadisəni yaşamış hərbçiləri ayrı-ayrılıqda danışdırıb. Onlar İlqarın zabit yoldaşını xilas etməyə gedərkən minaya düşdüyünü deyirlər. Amma bu zabit tam fərqli söz deyir. Biz bunun səbəbini anlamırıq».
Rəşad Süleymanov

3346