Bakıda maşın motosikletlə toqquşdu: ölən var
27 avqust 2025 09:25 (UTC +04:00)

Bakıda maşın motosikletlə toqquşdu: ölən var

Bakıda minik avtomobili motosikletlə toqquşub. 

Lent.az xəbər verir ki, hadisə Səbail rayonu, Neftçilər prospektində baş verib. 

Belə ki, 2004-cü il təvəllüdlü Əlvan İsmayılov idarə etdiyi “Honggi” markalı 90-YJ-634 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən həmin yolda motosikletlə hərəkətdə olan 2001-ci il təvəllüdlü Yəhya Zeynalzadəni vurub. 

Yəhya Zeynalzadə, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 360

Oxşar yazılar