Gəncədə minik maşını motosikletlə toqquşdu, xəsarət alanlar var - YENİLƏNİB
27 avqust 2025 08:04 (UTC +04:00)

Gəncədə minik maşını motosikletlə toqquşdu, xəsarət alanlar var - YENİLƏNİB

Gəncədə minik avtomobili ilə  motosikletin toqquşması zamanı xəsarət alanların adları məlum olub.

Lent.az xəbər verir ki, xəsarət alanlar 1985-ci il təvəllüdlü A. Məmmədova, 1984-cü il təvəllüdlü M. Məhərrəmov və 1972-ci il təvəllüdlü G. Abdullayevadır.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir. (APA)

***

05:29

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan  “Hyundai” markalı minik avtomobili motosikletə çırpılıb.

Qəza zamanı motosikletdə olan 3 nəfər xəsarət alaraq xəstəxanaya  yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildilir.

Qeyd edək ki, motosikletin Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə məxsus olduğu bildirilir.

Məlumata görə hadisə zamanı xəsarət alanlar süpürgəçilər olublar. Faktla bağlı araşdırma aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 476

Oxşar yazılar