Amerikalı müğənni Britni Spirs emosional paylaşım edərək həyatının ən çətin illərini - övladlarından ayrılıqla bağlı dövrü yada salıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, "Instagram"da üç il boyunca oğlanlarına zəng və mesajlardan məhrum olub və bu dövrü göz yaşları ilə keçirib.
Müğənni həmçinin fitnes məşqçisi Sem Asqari ilə evliliyinə də toxunaraq, bu münasibətin ona “itki ilə bacarmağa kömək etməli olan saxta bir yayındırma” kimi göründüyünü qeyd edib.
Hazırda Britni özünü sağalma mərhələsində hiss etdiyini, həmçinin bədəninə və həyatına yenidən nəzarəti qaytardığını bildirib:
“Yenidən uşaq kimi acıram. Yemək yeyəndə sanki bunu həyatımda ilk dəfə edirəm... Evimə baxmayaraq ki, onu sevirdim, orada çoxlu ağrı və travma vardı”.
Sem Asqari Britni ilə 2016-cı ildə onun Slumber Party klipinin çəkilişləri zamanı tanış olub. Cütlük 2021-ci ilin sentyabrında nişanlanıb, 2022-ci il iyunun 9-da — Spirsin qəyyumluqdan azad olmasından bir ay sonra evləniblər.
Lakin 14 aylıq evlilikdən sonra, 2023-cü ilin avqustunda Asqari “barışmaz fikir ayrılıqları” səbəbilə boşanma ərizəsi verib. 2024-cü il dekabrın 2-də boşanma rəsmiləşib. O, evliliyi “nemət” adlandıraraq, hər ikisinin yollarına ayrı davam etməyə qərar verdiyini açıqlayıb.
Britni Spirsin həyatı
“Pop musiqisinin şahzadəsi” adlandırılan amerikalı müğənni 1990-cı illərin sonu — 2000-ci illərin əvvəlində “Baby One More Time” və “Oops!... I Did It Again” hitləri ilə dünya şöhrəti qazanaraq, öz nəslinin ən uğurlu ifaçılarından birinə çevrilib.
Lakin onun karyerası və şəxsi həyatı saysız-hesabsız qalmaqallarla müşayiət olunub. 2007-ci ildə Britni ictimaiyyət qarşısında sinir böhranı keçirib, nəticədə iki oğlunun qəyyumluğunu itirib və atasının - Ceymi Spirsin illərlə davam edən hüquqi qəyyumluğu altına düşüb. Yalnız 2021-ci ildə müğənni bu nəzarətdən azad ola bilib.
Azadlığa çıxmasına baxmayaraq, onun davranışları hələ də pərəstişkarlarında narahatlıq doğurur: Britni tez-tez sosial şəbəkələrdə qəribə, xaotik və ya həddindən artıq açıq paylaşımlar və videolar yayımlayır. Bu isə onun psixi vəziyyəti ilə bağlı saysız şayiələrə yol açır, baxmayaraq ki, müğənni özü artıq azad və öz şərtləri ilə yaşadığını iddia edir.