Bakı Ali Neft Məktəbində avstriyalı qonaqlarla görüş keçirilib
22 oktyabr 2012 11:57 (UTC +04:00)

Bakı Ali Neft Məktəbində avstriyalı qonaqlarla görüş keçirilib

Görüş zamanı rektor E. Qasımov qonaqlara Bakı Ali Neft Məktəbinin yaranması zərurəti və tarixi barədə məlumat verib. O, ali məktəbin yüksək səviyyədə maddi-texniki vəsaitlə təmin edildiyini qeyd edərək, Bakı Ali Neft Məktəbinin Böyük Britaniyanın Heriot-Uatt Universiteti ilə sıx tərəfdaşlıq münasibətlərinin qurulduğunu söyləyib. O, bu əməkdaşlıq çərçivəsində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında qonaqlara ətraflı məlumat verib.

Avstriyalı qonaqlar qısa vaxt ərzində Bakı Ali Neft Məktəbində yaradılan şəraitdən razı qalaraq, onunla müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq qurmaq niyyətlərini ifadə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1598

Oxşar yazılar