
Bakı - Şamaxı yolunda qəza: ölən və yaralanan var
Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov APA-nın yerli bürosuna bildirib ki, hadisə bu gün günorta saatlarında yolun 32-ci kilometrliyində, Abşeron rayonu ərazisində qeydə alınıb. Kürdəmir rayon sakini, 1976-cı il təvəllüdlü Piriyev İlkin İkram oğlunun idarə etdiyi 90-JU-834 dövlət nömrə nişanlı “KaMAz” markalı minik maşını qarşı tərəfdən gələn Bakı sakini, 1966-cı il təvəllüdlü Allahverdiyev Tofiq Sədirxan oğluna məxsus 90-FT-363 dövlət nömrə nişanlı “VAZ 21099” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində “Jiquli”nin sürücüsü Tofiq Allahverdiyev dünyasını dəyişib, onun qardaşı oğlu, 1990-cı il təvəllüdlü Allahverdiyev Asif Vidadi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar yazılar

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: Bu ay ən idealıdır
2 iyun 2025 , 16:29
Qadınlar 53-cü yaşlarını qeyd etməməlidirlər - Maraqlı SƏBƏBLƏR
2 iyun 2025 , 16:15
Qurban ətini bu cür saxlayın - Dərin dondurucuya ehtiyac qalmır
2 iyun 2025 , 14:51
"Qarabağdakı vətəndaşlara ev yox, pul verilsin" - Memarlar işsiz qalmayacaq
2 iyun 2025 , 14:09
Leysan yağacaq, güclü külək əsəcək - Sabahın HAVASI
2 iyun 2025 , 12:27
Kirayə müqaviləsi necə bağlanır? - CAVAB
2 iyun 2025 , 11:24
Əməliyyatda “dirilən adam” – Həkimlər ŞOKDA
2 iyun 2025 , 10:56