BDU-da Aida İmanquliyevanın 73 illiyi qeyd olundu - FOTO
Universitetin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov Aida İmanquliyevanın zəngin elmi fəaliyyətindən, şərqşünaslığın inkişafındakı müstəsna xidmətlərindən danışıb. O bildirib ki, alimin əsərləri dünya şərqşünaslığı xəzinəsinə daxil olan çox dəyərli araşdırmalardır.
Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 20 il öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi 53 illik həyat yolundan, zəngin və dəyərli elmi fəaliyyətindən bəhs edib.
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva isə deyib ki, müasir tələbələr A.İmanquliyevanı görə bilməsələr də, onun yazdığı elmi kitabları, əsərləri oxumaqla Azərbaycanın elm, mədəniyyət, təfəkkür tarixində yeri olan belə əvəzsiz alim haqqında geniş məlumat əldə edə biləcəklər. Gələcək nəsillər, xüsusilə də şərqşünaslıq elmi ilə məşğul olan hər bir tədqiqatçı A.İmanquliyevanın zəngin elmi irsindən istifadə edəcək və onun əsl alim kimi keçdiyi şərəfli ömür yolunu yenidən öyrənəcək. Nərgiz xanım bu cür müsabiqənin keçirilməsinin gənc alimlərə müsbət təsir göstərdiyini, Aida xanım İmanquliyevanın həyat və fəaliyyətinin onlar üçün yaxşı nümunə olduğunu deyib.
Qeyd edək ki, tədbirdə görkəmli alimin həyatına həsr olunmuş filmin nümayişi olub. Sonda Aida İmanquliyevanın 73 illiyinə həsr olunmuş ərəb filologiyası sahəsində məqalə müsabiqəsinin qalibləri mükafatlandırılması mərasimi keçirilib.

Oxşar yazılar

Dörd BÜRCƏ dözümlülük ÇAĞIRIŞI: Elə çətinliklər olacaq ki...
19 iyun 2025 , 00:02
Bu şəhərə yay qarı yağdı
18 iyun 2025 , 22:51
İyunun 1-də keçirilən qəbul imtahanının NƏTİCƏLƏRİ
18 iyun 2025 , 22:05
Müharibələrə görə rekord il - Ölənlərin ümumi sayı nə qədərdir?
18 iyun 2025 , 20:15
Gözəllik salonları üçün xaricdən 40 kilo insan saçı gətirən saxlanıldı
18 iyun 2025 , 19:08
İstirahət hüququnu pozanlara XƏBƏRDARLIQ: sərt tədbirlər görüləcək -VİDEO
18 iyun 2025 , 19:02
Yol kənarlarında ticarətlə bağlı vətəndaşlara MÜRACİƏT
18 iyun 2025 , 18:18