Bakıda çörək sexlərində dəhşətli mənzərə üzə çıxdı - YOXLAMA
Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti KİV təmsilçilərinin iştirakı ilə Bakıda çörək istehsalı müəssisələrində monitorinq keçirib.
Lent.az-ın verdiyi məlumata görə, Bakı şəhəri Nəsimi rayonu Alatava 2 ünvanında yerləşən fiziki şəxs Məmmədov Məmmədnəbiyə məxsus çörək sexində müxtəlif növ çörəklərin natəmiz şəraitdə istehsal edildiyi, saxlanıldığı və daşındığı aşkarlanıb.
Məsələn, sexin həyətində çörəklərin bir minik maşınında arxa hissədə ayaqaltı yerinə yığıldığı aşkarlanıb. Eyni zamanda çörəyin üzərində 400 qram olduğu yazılsa da, çörək çəkilərkən onun çəkisi 350 qram olub. Əslində çörəyin dövlət standartı ilə müəyyənləşdirilmiş çəkisi 500 qramdan az olmamalıdır. Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin müfəttişi Əkbər Əliyev bildirib ki, müəssisədə çörək istehsalı zamanı texnoloji prosesə əməl olunmur, eyni zamanda ikinci növ çörəyin üzərində saxlama müddəti normadan bir neçə dəfə çox göstərilib. Həm də çörəyin istehsalı ilə bağlı keyfiyyət vərəqi də yoxdur.
Çörək sexinin müdir müavini Ramiz Əliyev isə bu çörək sexinin təmizliyinin paytaxtdakı digər çörək sexləri ilə müqayisədə daha yaxşı olduğunu, unun qiyməti son iki ayda 14 manatdan 20 manata qədər bahalaşdığı üçün çörəyin çəkisini azaltmaq məcburiyyətində qaldıqlarını iddia edib.
Bakı şəhəri Nərimanov rayonu Şahin Mustafayev 54. ünvanında yerləşən fiziki şəxs Bağıyev Anara məxsus çörək sexində mənzərə daha acınacaqlı olub. Çörək sexində ventilyasiya sistemi yoxdur, açıq yerlərə tutulmuş çadır parçaları müxtəlif yerlərdən cırılıb, tozlu hava axını sexə sərbəst daxil olur. Bu sexdə də çörək müvafiq standartdan 70-80 qram az olub. Natəmizliyin hökm sürdüyü sexdə standartlara zidd olaraq un xammalı birbaşa istehsal sahəsində qalaqlanıb. Sexdə işçilər əlcəksizdir. Bu sexdə də çörək istehsalı ilə bağlı keyfiyyət vərəqi olmayıb.
Əkbər Əliyev bu çörək sexində də keyfiyyətli çörək istehsalı üçün şəraitin olmadığını, texnoloji prosesə riayət edilmədiyini, xammalın məhsul istehsalı sahəsində saxlanıldığını söyləyib. O, hər iki çörək sexində araşdırmalar nəticəsində müvafiq tələbnamələrin veriləcəyini bildirib və sexlərdə istehsalın dayandırılacağını istisna etməyib.

3710