Qurbanlıq heyvan satışı və kəsimi məntəqələri müayinə olunacaq
Bu barədə APA-ya DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib. Onun sözlərinə görə, Qurban bayramı ilə bağlı baytarlıq mütəxəssisləri heyvan satışı və kəsimi məntəqələrində müayinələr aparacaqlar, baytarlıq-sanitariya tələblərinə əməl olunması qaydalarını yoxlayacaqlar: “Heyvan satışı məntəqələri müəyyənləşəndən sonra baytar həkimləri o yerlərə təhkim olunacaqlar. Həmin ərazilərə baytarlıq xidmətinin nəzarəti həyata keçiriləcək. Əhali əmin olmalıdır ki, aldığı heyvan sağlam, ət keyfiyyətlidir”.
Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı oktyabrın 25-26-da qeyd ediləcək.
Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı oktyabrın 25-26-da qeyd ediləcək.
1336