“Quran”-dakı hansı adları uşaqlara qoymaq olmaz? – SİYAHI
08 oktyabr 2012 14:58 (UTC +04:00)

“Quran”-dakı hansı adları uşaqlara qoymaq olmaz? – SİYAHI

Türkiyəli din xadimi “Quran”-dakı hansı adların uşaqlara verilməsinin düzgün olmadığını açıqlayıb. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Samsun müftisi professor Heyrəddin Öztürk deyib ki, bir çox ailələr uşaqlarına müqəddəs kitabdakı adları qoymaq istəyir, ancaq “Quran”-dakı hər kəlməni ad kimi istifadə etmək olmaz.

“Quran”-dakı bir çox adın mənasının yanlış bilindiyini vurğulayan Öztürk müqəddəs kitabdakı adları uşaqlarına qoymaq istəyən ailələrə mütəxəssislərə müraciət etməyi məsləhət görüb. O, uşaqlara verilməsi düzgün olmayan bir çox adları da açıqlayıb: “Məsələn, Sənəm adını uşağa vermək olmaz, çünki Sənəm adının mənası büddür. Aleyna adına da tez-tez rast gəlirik, amma Aleynanın mənası “başımıza bəla gəlsin” deməkdir. Tükəzban adı da “Quran”-da var, amma bu sözün mənası yalançı deməkdir. Uşağa bu adı qoysanız, “yalançı, yalançı” deyərək çağırmaq məcburiyyətindəsiniz. Bəkir dəvə balası deməkdir. Həzrəti Əbubəkrin adı Abdulladır, Əbubəkir ləqəbidir, bunu qarışdırmaq olmaz. Rumeysa gözü çapıqlı qadın, Hüreyre pişikcik deməkdir. Kayra qədim türk mifologiyasında tanrı anlamındadır və Allahdan başqa Allah olmadığı üçün uşağa da tanrı adını qoymaq yanlışdır. Melis də yunan mifologiyasında tanrıça deməkdir, şişman və tənbəl anlamına da gəlir. Erçin pul mənasındadır, bir insanın adı pul ola bilməz”.

Öztürk qeyd edib ki, dinə görə uşaqlara qoyulması məqbul olmayan adlar da var: “Rəsul, Nəbi, Cəbrayıl, Əzrail, Mikayıl, İsrafil adlarını uşaqlara qoymaq xoş deyil. Səməd heç kimə möhtacı olmayan, Gülsüm zavallı, kimsəsiz deməkdir. İrəm isə Allahın qəzəbinə uğrayan saxta cənnətdir. Badə içki deməkdir. Hannas isə şeytan adıdır. Alara, Roza, İleyda müsəlman deyil, qeyri-müsəlman adlarıdır. Mənası pis olan adlar uşaqlara verilməməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14717

Oxşar yazılar