Vüsalə Kərimova: “Digər televiziyalardan oğurluq etmirik” – MÜSAHİBƏ
Azərbaycanda fəaliyyət göstərən Muz TV internet televiziyasının icraçı direktoru Vüsalə Kərimlinin Lent.az-a müsahibəsi
Vüsalə xanım, televiziyanız may ayından efir fəaliyyətinə başlayıb. Bu aylar ərzində hansı yenilikləriniz olub ?
- Mayın 11-də rəsmi təqdimatımız oldu. Çox qısa müddətdə bir neçə layihə ilə tamaşaçıların qarşısına çıxdıq. Daha bir neçə iri layihəmiz var. Amma onların reallaşması üçün yeni ofisə köçməyimiz lazımdır. O zaman bizim cəmiyyətə nə təqdim edəcəyimiz görünəcək.
-Son məlumatlara görə, Azərbaycanda 3 milyondan artıq internet izləyicisi var. Bu saydan sizin payınıza nə qədəri düşür?
- Bizdə televiziyada izləyici sayını müəyyən edən proqram departamenti var. Günün hansı saatında telekanalımıza çox izləyicinin olması təyin olunur. Bu nə üçün lazımdır? Çünki izləyicinin çox olan vaxtında biz efirə vacib verilişlərimizi veririk. Həmin yoxlamalara əsasən, günün müəyyən vaxtlarında bizim izləyicimiz çox olur. Onda biz görürük ki, kanalımızı bəzən online izləyicilərinin sayı 1500-2000-ə yaxın olur. Bu, bir neçə aydır, fəaliyyət göstərən televiziya üçün çox böyük nəticədir.
-Şou xəbərlərini izləmək üçün kifayət qədər internet saytlar, televiziya verilişləri var. Üstəgəl, nəzərə alaq ki, internet televiziyası daha çox canlı xəbərlər tələb edir. Siz bu tələbatı necə ödəyirsiniz? Azərbaycanda belə bir televiziyanın fəaliyyət göstərməsinə tələbat var idimi?
- Deyərdim ki, bizdə tələbat var idi, hətta çox idi. “Eurovision”a üzv olan (Avropa Yayım Birliyinə) ölkələrin hər birində Muz TV fəaliyyət göstərir. Baxmayaraq ki, biz neçə ildir, “Eurovision”da iştirak edirik, amma belə bir televiziyamız yox idi. Bu, mənfi bir haldır. Bizim televiziyanın 24 saat efir yayımı var. Hesab edirəm ki, belə bir televiziyanın açılmasına ehtiyac çoxdur. Onun üçün də biz internet televiziya kimi yox, ənənəvi televiziya kimi fəaliyyət göstərməyə çalışırıq. 16 illik televiziya təcrübəmdə mən özümü ənənəvi televiziyadan kənarda hiss etmirəm. Ənənəvi televiziyada olduğu kimi burada da reklam, anonslar öz yerindədir. Verilişlərin tərkibini nəzərə aldıqda isə, görərik ki, bizdə musiqiyə daha çox yer verilir. Bəli, biz də düşünürük ki, verilişlərimiz daha çox canlı olsun.
Siz neçə ildir, jurnalistikadasınız?
- Jurnalistikaya qəzetdən gəlmişəm. Respublika, Azərbaycan qəzetlərində çalışmışam. Televiziya illərim 1996-cı ildən başlayıb. Həmin vaxtlar Az TV-nin hərbi redaksiyasında “Manevr” verilişi var idi. Orada həm rubrikanın aparıcısı idim, həm də şəhərdə sorğular keçirirdim. Mikrofon tutmağı oradan öyrəndim. Daha sonra “Sara” televiziyasında xəbər aparıcısı oldum, Space TV-də “Bu, bizik” tolk-şousunu, “Lider TV”də dünyadan köçən sənətkarların həyatından verilişlər hazırlayırdım.
Siyasi müxbir kimi fəaliyyət göstərmisiniz? Birbaşa şouya gəlmək sizə çətin olmadı?
-5 il ATV-də siyasi, 5 il İTV-də siyasi müxbir kimi çalışmışam. Eyni zamanda Prezident Administrasiyasında akkreditə olmuşam. Mən “Araz” radiosunda baş redaktor kimi çalışmağa başlayanda, eləcə də Muz TV-yə rəhbər təyin olunanda bəzi jurnalistlər bu keçidi birmənalı qarşılamadı. Düşündülər ki, siyasi arenadan musiqi sahəsinə keçid jurnalist həyatında eniş deməkdir. Mən belə fikirləşmirəm. Bunu düşünənlərə cavab vermək kimi niyyətim yoxdur. Televiziya yaratmaq çətindir. “Aslanın erkəyi, dişisi olmaz” deyirlər. Mən uşaqlıqdan jurnalist olmaq istəyirdim. Haradansa belə bir yazı oxumuşdum: “Jurnalistlərin erkəyi, dişisi olmaz.” Jurnalist oldunsa, deməli qadın deyilsən. Mən də bu işin öhdəsindən gəlməyə hazır idim. Bizim yaradıcı heyət belə bir televiziyanın açılması təşəbbüsü ilə çıxış etdik. İstəyimizi ortaya qoyduq. Bu, uğurlu alındı.
Mənim siyasətçi olmağım musiqi televiziyasında rəhbər işləməyimdə böyük rol oynayır. Bu sırf idarəçilikdir. Bir var ki, mən siyasi müxbirəm, sonra şou müxbiri oluram. Bir də var ki, idarəçilik. İstəyirsən şounun, istəyirsən siyasətin başında dayan. Bunun üçün heç bir önəmi yoxdur. Əsas odur ki, mənə tapşırılan işin öhdəsindən uğurla gəlim. Mənim üzərimə qoyulan işi layiqincə yerinə yetirim. Əvvəllər ATV-də çox yaxşı tendensiya var idi. Jurnalistlər bütün sahələri öyrənirdilər. Mən də bütün istiqamətləri bilirdim deyə, jurnalistikanın hansı tərəfinin olmasının heç əhəmiyyəti yox idi. Sevdiyim işdəyəmsə, mənə fərqi yoxdur.
Yerli telekanallarda maqazin verilişlər telekanal rəhbəri kimi sizi qane edirmi?
- Düzünü bilmək istəyirsinizsə, bizdə şou yoxdur. Söhbət musiqili verilişlərdən gedirsə, mən bunu da kanallarda görmürəm. Televiziyalar bu tipli nəsə yaratmaq istəyir. Amma nə ortada yaranan şou, nə də musiqili veriliş var. Bizim kanalın məqsədi Azərbaycan musiqisini dünyaya, dünya musiqisini Azərbaycana çatdırmaqdır. Ona görə də kanalımızda dünya ölkələrin musiqilərinə yer verilir. Azərbaycanın muğamından tutmuş cazına qədər xüsusi saatlar ayrılıbdır.
-Tanınmışlarla layihələriniz nəzərdə tutulubmu?
- Bəli. Bizim belə bir fikrimiz var. Əlbəttə ki, musiqiçilərimizin istəyi olarsa, biz buna razı olarıq. Hətta nəzərinizə çatdırım ki, bizim artıq 3-4 namizədimiz var. Onlarla əməkdaşlıq etməyə hazırıq. Hər iki tərəfin belə istəyi varsa, niyə də olmasın?
-Şou baxımından durğunluq olması sizdə xəbər qıtlığı yaratmır?
- Bəzən televiziya sahəsində işləyən adamlar deyir ki, yayda xəbər baxımından qıtlıq yaranır. Baxmayaraq ki, biz yeni yaranmışdıq. Amma bunu hiss etmədik. İndi Muz TV bütün müğənnilərin tanıdığı məkandır. Kimdən soruşsanız, tanıyırlar. Bir neçə dəfə müğənnilərlə anlaşılmazlıq olub. O da həmin sənət adamların bəzilərinin səhlənkarlığından irəli gələrək. Çünki onlar ya verilişə gecikiblər, ya da gəlməyiblər, yaxud da elə vaxtı gəliblər ki, verilişin bitməyinə 15 dəqiqə qalıb. O zaman onları geri qaytarırıq. Müğənnilərimiz Muz TV barəsində məlumatlıdırlar. Böyük təqdimata ehtiyac qalmır.
Hazırda kanalınızda neçə veriliş efirə verilir?
- Əsas verilişimiz “Muz life” verilişidir. Həftənin hər günü, axşam saatlarında əsas buraxılışı, növbəti gün 3 dəfə olmaqla təkrarı gedir. Bazar günü isə həftəlik hesabat verilir. Hər səhər efirimiz “Xoş gördük” adlı canlı verilişlə açılır. 2 saat canlı davam edən verilişdə qonaqlarımız olur, müxtəlif mövzular müzakirə edilir. Eyni zamanda “Musiqi alətləri tarixi” verilişi də baxımlıdır. 15 gündən bir isə həftənin birinci günü “Klip time” verilişi efirə gedir. Xərclərini özümüz ödəyirik. Kadrarası prosesləri işıqlandırırıq. Artıq iki müğənni üçün çəkilib. Bunlar Niyam Salamı və “Cahan” qrupu üçün çəkilən klipdir. Bir çox müğənni də mahnılarını təqdim edib. Ayda iki dəfə olmaqla çəkilişi həyata keçirik. “Könüllü hitlər” verilişində bir müğənninin 5 hit mahnısından danışılır. Bundan başqa, “Fan klub” proqramımız da var. Müğənni bir gününü öz fanatı ilə keçirir. Həmçinin iki gitaranın müşayiəti ilə “Akustik time” verilişimiz var. Burada isə müğənni həmkarlarının mahnılarını akustik versiyada təqdim edir.
- Vüsalə xanım, bu tipli verilişlər televiziyalarda var. Hər gün efirə anonslarla təqdim edilir. Siz hansı yeniliklər nəzərdə tutursunuz ki, tamaşaçı onu sizin kanalınızın adı ilə bağlasın?
- Muz TV elə bir kanaldır ki, onun xüsusi bir anonsa ehtiyacı yoxdur. Günün istənilən saatı bizim kanalı izləsəniz musiqi görəcəksiniz. Biz verilişləri anons etmirik. Çünki anonslar o kanallara lazımdır ki, orada başqa tipli verilişlər var. Ona görə də anonslarla diqqət çəkilməsi normaldır. Yeni ofisimizə köçəndən sonra biz daha çox canlı verilişlərə üstünlük verəcəyik. Bu, bizim fərqimiz olacaq. Aramızda peşəkarlarla yanaşı, qeyri-peşəkarlar da var. Qeyri-peşəkarları da peşəkarların yanında öyrədirik. Onların da peşəkar olmamaq kimi bir şansları yoxdur. Biz öz yetirmələrimizlə çıxırıq. Digər kanallardan oğurluq etmirik. İstəyirik ki, öz simamız olsun. Daha sonra fərqimiz tamaşaçıların canlı musiqilər dinləyə bilmələri olacaq. Studiyamız balaca olduğu üçün canlı musiqi baxımından şəraitimiz azdır. Tezliklə efirdə yeni layihələrimizin şahid olacaqlar. Qısası, bizim televiziya bütün musiqiçilərin ata evi olacaq.
Muz TV yarananda qeyd olunmuşdu ki, tezliklə kabel yayıma keçəcəksiniz? Bu, nə zaman olacaq?
- Kabel TV-də göstərilmək üçün kabel televiziya rəhbərləri ilə müqavilə bağlanılır. Bundan əvvəl isə əlimizdə bir çox hazır layihəmiz olmalıdır. Axı biz tamaşaçıya görüntü veririk. Onları ekran başına cəlb edirik. Bunun üçün çox layihə gərəkdir. Əlimizdə o layihələr var. Onları gerçəkləşdirmək lazımdır. Bütün layihələrimiz tam hazır olandan sonra biz bu təkliflə çıxış edəcəyik.
Jalə

4306