Qalmaqallı boksçu çıxışını dayandırdı
21 avqust 2025 06:52 (UTC +04:00)

Qalmaqallı boksçu çıxışını dayandırdı

Boks üzrə 2024-cü il Olimpiadasının qalibi əlcəzairli idmançı İman Xəlif karyerasını dayandırıb.

Lent.az xəbər verir ki, bu barədə idmançının meneceri Nasser Yesfah "Nice Matin" portalına məlumat verib.

"İndi o, hər şeydən əl çəkib. Olimpiadada baş verənlərdən sonra boksla yenidən məşğul olmağa həvəs göstərmir. Yalnız Əlcəzairdə məşq edir və ya formada qalmaq üçün Qətərə gedir, amma bundan başqa heç nə etmir", - Yesfah deyib.

Xatırladaq ki, Xəlif 66 kq çəki dərəcəsində Olimpiadanın qalibi olub. Paris Olimpiadası başa çatdıqdan sonra idmançının gender testi açıqlanıb. Məlum olub ki, qadınlar arasında çempion olmuş transgender idmançı bütün fiziki göstəricilərinə görə qadın yox, kişidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 306

Oxşar yazılar