Türkiyədə AĞIR QƏZA:  1 ölü, 13 yaralı var
21 avqust 2025 07:03 (UTC +04:00)

Türkiyədə AĞIR QƏZA: 1 ölü, 13 yaralı var

Türkiyənin Kayseri şəhərində 44 nəfərin olduğu sərnişin avtobusunun ağaclara çırpılması nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

Məlumata görə, hadisə sürücünün nəqliyyat vəsitəsinə nəzarəti itirdiyinə görə baş verib. 

Hadisə yerinə polis, təcili tibbi yardım, yanğınsöndürmə və AFAD qrupları cəlb olunub.

Qəza nəticəsində yaralananlar yaxınlıqdakı xəstəxanalara aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 244

Oxşar yazılar