Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dövlət Gömrük Komitəsindən ixtisas attestatı almış mütəxəssislər gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququna malikdirlər.
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər ali təhsilə malik olan Azərbaycan Respublikasının fiziki şəxsləri ola bilərlər. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərilməsi üçün gömrük rəsmiləşdirilməsinə aid ixtisas attestatının alınması məqsədi ilə Komitəyə müraciət edilməlidir. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərilməsi üçün həmin şəxslər gömrük prosedurları, mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilmə qaydaları və şərtləri, gömrük ödənişlərinin növləri, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi qaydaları, gömrük məqsədləri üçün xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun malların təsnifatı və bəyan edilməsi, malların gömrük dəyərinin və mənşə ölkəsinin müəyyən edilməsi qaydaları, gömrük orqanları tərəfindən gömrük və valyuta nəzarətinin həyata keçirilməsi qaydaları, gömrük statistikası, gömrük işi sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət, gömrük xidmətinin təşkili, gömrük orqanlarının vəzifəli şəxslərinin statusu, hüququ və vəzifələri barədə məlumatlı olmalıdırlar. Eyni zamanda xarici iqtisadi fəaliyyət və onun dövlət tənzimlənməsi sahəsində - xarici iqtisadi sövdələşmələrin bağlanılması və icra edilməsi, qiymətlər, xarici ticarətdə sığorta və nəqliyyat şərtləri, qadağa və məhdudiyyətlər, o cümlədən lisenziyalaşdırma və sertifikatlaşdırma, iqtisadiyyat, vergi, maliyyə-kredit, ödəniş-hesab və valyuta münasibətləri, bank işi gömrük sahəsinə aid hissədə mülki hüquq, maliyyə hüququ, beynəlxalq və dövlət hüququ və cinayət hüququ və Komitə tərəfindən verilmiş hüquqlar çərçivəsində mütəxəssisin fəaliyyəti üçün zəruri olan gömrük orqanlarının elektron məlumat sistemlərindən istifadə edilməsi barədə də məlumatlı olmalıdırlar.
Namizədə ixtisas attestatının verilməsi məqsədi ilə yuxarıda qeyd olunan sahələr üzrə onun biliyə malik olub-olmaması Komitə tərəfindən müasir texnologiyalardan istifadə edilməklə, test üsulu ilə müəyyən edilir. Testdən uğurla keçmiş namizədlərə 5 (beş) iş günü müddətində ixtisas attestatı verilir. İxtisas attestatının verilməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə yığım alınır. İxtisas attestatının qüvvədə olma müddəti 5 ildir. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin öz vəzifələrini Gömrük Məcəlləsinin və bu Qaydaların tələblərini və şərtlərini yerinə yetirməməsi barədə kifayət qədər əsaslar olduqda, Komitə tərəfindən ixtisas attestatının fəaliyyəti 1 il müddətinə dayandırılır. Mütəxəssisin fəaliyyətində ixtisas attestatının fəaliyyətinin dayandırılmasına əsas hesab edilə bilən hallar gömrük orqanı tərəfindən müəyyən olunduqda, həmin halların qeydiyyatı aparılır və bu barədə dərhal Komitəyə məlumat verilir. İxtisas attestatının fəaliyyətinin dayandırılması Komitə tərəfindən qəbul edilmiş qərarla müəyyən olunur. Qəbul edilmiş qərar barədə 1 iş günü müddətində barəsində qərar çıxarılmış şəxsə və gömrük brokerinə məlumat verilir və qərarın surəti məlumata əlavə edilir. İxtisas attestatının fəaliyyətinin dayandırılması ilə razılaşmadıqda, mütəxəssis inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. İxtisas attestatının fəaliyyətinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqda, həmin ixtisas attestatının fəaliyyətinin bərpa edilməsi üçün gömrük brokeri müəyyən olunmuş qaydada Komitəyə müraciət edir. İxtisas attestatının fəaliyyətinin dayandırılmasına səbəb olmuş hallar 6 ay müddətində aradan qaldırılmadıqda, Komitə ixtisas attestatının ləğv edilməsi üçün məhkəməyə müraciət edir. İxtisas attestatı Komitə tərəfindən 4.8.1. gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin öz arzusu ilə və məhkəmənin müvafiq qərarı əsasında ləğv edilir.
Bu Qaydaların müddəalarının tələblərinin pozulmasına görə ştatında gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis olan gömrük brokeri, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər və gömrük orqanının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
“Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi Qaydaları”na əlavə
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin
___________№-li
İXTİSAS ATTESTATI
___________________________________________________________
_______________________________________________
(fiziki şəxsin adı, soyadı və atasının adı)
Yaşadığı ünvan _____________________________________________________________
_________________________________________________________________________
İxtisas attestatının verilmə tarixi: ____________________________
İxtisas attestatının etibarlılıq müddəti: ________________________
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin sədri İmza
M.Y.