İl ərzində 600-ə yaxın həkim-müdavim təkmilləşdiriləcək
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təsdiq olunmuş təqvim planı üzrə 2012–2013-cü tədris ilində 33 ixtisas üzrə təkmilləşmə kursları başlayıb. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin göstərişi ilə bu ilk dəfə bir sıra ixtisaslar üzrə (Terapiya, Pediatriya, Mamalıq və ginekologiya, Ailə təbabəti, Ümumi cərrahiyyə) müasir İnformasiya Kommunikasiya Texnologiyaların tətbiq olunmaqla “Distant Təhsili” tədris forması aparılır. Bu ixtisaslar üzrə praktiki fəaliyyətlə məşğul olan həkimləri bölgələrdən ayırmaq məqsədilə mühazirələr institutun professor-müəllim heyəti tərəfindən birbaşa internet və xüsusi proqram vasitəsilə Bakıdan institutun auditoriyalarından aparılır. “Distatnt Təhsili” tədris formasının tətbiqi ezamiyyət xərclərin qənaət olunmasına imkan yaradır və həkimlərin uzun müddətdə iş yerlərindən ayrılmasının qarşısını almağa imkan verir. İl ərzində 600-ə yaxın həkim-müdavimin təkmilləşməsi planlaşdırılıb.

728