Hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq
21 sentyabr 2012 00:10 (UTC +04:00)

Hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 21-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 17-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Sentyabrın 23-ü axşamadək Abşeron yarımadasında insanlarda xoş əhval-ruhiyyə yaradan mülayim isti və sabit hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921

Oxşar yazılar