“Dedim, tez süfrə aç, prezident bizə qonaq gəlir” - REPORTAJ
“Nə bilim, vallah, mən hələ belə şey xatırlamıram. Səhər tezdən idi. Heç saat 10 olmazdı. Bir də onu gördüm ki, yer ayağımın altında yellənir. Təzyiqim olduğundan elə bildim başım hərlənir. Birdən gördüm, tövləmiz az qala mənə sarı gəlir...” Bunu deyib də gülür Ramazan.
Tövlə ona sarı gələ bilməzdi, təbii. Heç təzyiqi də qalxmayıbmış. Yer isə doğrudan da yellənibmiş, elə dediyi vaxtda: may ayının 7-si, səhər 9:40-da. Necə deyərlər, günün günorta vaxtı. Kimi qapı-bacasında əlləşirmiş, kimi də başqa işində-gücündə. Uşaqları məktəbdə, qocaları evdə haqlayıb bu dəhşətli zəlzələ.
Şükür, ölüm-itim olmayıb…
***
Mayın 7-də, Zaqatala şəhərinin 17 km cənub qərbində 12 ballıq cədvəl üzrə 7 bal gücündə qeydə alınmış yeraltı təkanlar sözün həqiqi mənasında dağıdıcı gücə malik olub.
Ən dəhşətlisi isə odur ki, elə həmin gün saat 19:15-də elə həmin episentrdəcə 12 ballıq şkala ilə 7 bal gücündə daha bir yeraltı təkan da qeydə alınır. Amma bu lənətə gəlmiş təkanlar yenə də bölgədən əl çəkmir ki, çəkmir. Səhəri, yəni mayın 8-i günorta saat 3 radələrinədək nə az, nə çox, düz 50-yə yaxın avtoşok baş verir.
Zəlzələnin episentrində yerləşən Zaqatala rayonunun Gözbarax, Mamrux, Zəyəm, Muxax, Bazar, Qımır, Çobankol, Qax rayonunun Güllük, Qapıçay, Ləkit, Ləkit-Kötüklü, Zərnə və Fıstıqlı kəndlərinə ziyan dəyir. İnsanlar da sözün həqiqi mənasında şoka düşürlər. Panika, həyəcan artır. Daha güclü təkanların baş verəcəyi haqda şayiələr rayonu başına götürür.
Belə bir vaxtda dağıntıların fəsadlarını qeydə almaqdan daha çox insanlara dövlətin, hə, məhz dövlətin maddi-mənəvi dəstəyinə böyük ehtiyac duyulur. Belə bir dəstək isə özünü gecikdirmir. Baş vermiş olayla bağlı rayon Fövqəladə Hallar Komissiyasının təcili iclası çağrılır, zəlzələnin əhatə etdiyi ərazidəki vəziyyətin öyrənilməsi üçün işçi qrupları yaradılaraq, operativ araşdırma aparılır.
Zəlzələ baş verdikdən dərhal sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov rayona gəlir və zəlzələnin daha çox təsir etdiyi yaşayış məntəqələrində vəziyyətlə yerindəcə tanış olur.
Fövqəladə Hallar nazirliyinin hissələri rayona zəruri olan vasitələrin gətirilməsini təmin edir. Qərargah yaradılaraq fəaliyyətə başlayır.
İlkin olaraq müəyyən edilir ki, birinci zəlzələ nəticəsində rayonun 20 yaşayış məntəqəsində onlarla fərdi yaşayış evi uçub, 330 evdə qəzalı vəziyyət yaranıb, 40 sosial obyektdə çatlar əmələ gəlib. Məlum olur ki, ikinci güclü təkandan sonra fəlakətin miqyası daha da böyüyüb. Bundan sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən rayona lazımi texnika və avadanlıq, çadırlar, ərzaq və digər tələb olunan materiallar gətirilir. Əhalinin yaşadığı çadır şəhərciklərinə istirahət üçün televizorlar, işıq generatorları verilir, su təchizatı üçün sudaşıyan avtomobillər ayrılır. Zəlzələ bölgəsinə təcili tibbi yardım briqadaları göndərilir, tibb məntəqələri yaradılır.
Baş verənlər və ilkin görülən işlərlə bağlı dövlət başçısına məlumat verilir. Dövlət başçısı isə dərhal hadisə yerinə yollanır. Əvvəlcə helikopterlə zəlzələnin episentrindəki ərazini seyr edir, sonra zəlzələdən daha çox ziyan çəkmiş kəndləri gəzir. İnsanlara bildirir ki, təbii fəlakətin nəticələri qısa zaman ərzində aradan qaldırılacaq, zərər çəkmiş evlərin, eləcə də ərazidə yerləşən sosial obyektlər bərpa olunacaq. Prezident onu da bildirir ki, xalqımız bu çətin sınaqdan da şərəflə çıxacaq.
Daha sonra Zaqatala rayonunda zəlzələ ilə bağlı yaradılan qərargahda prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Prezident İlham Əliyevə təbii fəlakətin nəticələri barədə ətraflı məlumat verir.
Və…
Və çox keçmir ki, həm Zaqatalanın, həm də Qaxın rayonunun adıgedən kəndləri sözün həqiqi mənasında böyük tikinti meydançasına çevrilir…
“İnana bilmirdik ki, 3 aya məktəbi tikib qurtaracaqlar”
Biz, Zaqatala və Qaxın zəlzələdən zərər çəkmiş kəndlərində prezidentin bu bölgəyə son səfərindən sonra olduq. Gözbaraxı, Muxaxı, Güllüyü gəzdik. Və bir qədər irəli gedib deyim; inanmaq olmur ki, cəmi 4 ay bundan əvvəl amansız zəlzələ bu yerləri viran qoyubmuş. Düzdür, hələ bütün dağıntıların tam aradan qaldırıldığını söyləmək hələ tezdir, amma tikintidə işləyən ustalar özləri də deyirlər ki, qışa qədər tikinti-bərpa işlərini tam yekunlaşdırmaq tapşırılıb və buna nail olacaqlar.
Qaxın Güllük kəndindəyik. Kənd icra nümayəndəsi Nemət Hacıyevlə Güllüyü dolaşırıq. Kənddə elə bir ev yoxdur ki, orda iş getməsin. Dövlət əvvəllər kol-kosdan olan çəpərləri belə mişar daşıyla yenidən tikir. Üstəlik, əvvəllər çay daşından tikilmiş evlər də mişar daşı ilə inşa olunur.
Hələ mayın 9-da prezident bu kənddə olarkən Fövqəladə Hallar Nazirliyinin baş vermiş zəlzələ ilə bağlı müvafiq komissiyası tərəfindən ona məlumat verilmişdi ki, zəlzələ Güllük kəndinə daha çox ziyan vurub. Güclü yeraltı təkanlar nəticəsində bu kənddəki 550-dən çox fərdi evin, demək olar ki, hamısına müxtəlif dərəcədə ziyan dəyib. Dövlət başçısı isə öz növbəsində qəzalı evlərin sökülərək təcili surətdə yenilərinin tikilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq göstərişlər vermişdi.
Əvvəla onu deyək ki, Güllük kəndində Bakının orta məktəblərinin belə həsəd aparacağı gözəl bir məktəb tikilib. Məktəbin direktoru Firəngiz xanımın dediyinə görə, idman zalından tutmuş elektron kitabxanaya qədər hər şey tədris ili üçün hazır vəziyyətə gətirilib.
- Bu məktəb yenidən tikildi. İnana bilmirdik ki, 3-4 aya bu məktəbi tikib hazır vəziyyətə gətirəcəklər. Heç bayırda futbol meydançası nəzərdə tutulmamışdı. Onu da tikdilər, kompüter otaqlarımız var. Məktəbin səliqə-sahmanını özünüz də görürsünüz.
“Prezident dedi ki, bundan da yaxşı ev tikilsin”
Güllükdə prezidentin qonaq olduğu Abdulla Məmmədovun evinə də baş çəkdik. Hələ mayın 7-də Güllükdə olarkən ölkə başçısı kənddə ən çox ziyan dəymiş evə, Abdulla Məmmədovun evinə baş çəkmişdi.
- Vallah, o vaxt gəldilər. Prezident idi, Kəmaləddin müəllim idi, icra başçısı idi, o birilərini tanımadım. İlham müəllim evə baxdı, neçə kvadratmetr olduğunu soruşdu. Tapşırıq verdi ki, evin həcmi nə boydadırsa, hələ ondan da yaraşıqlı evlər tikilməlidir. Göstəriş verdi ki, təkcə bu kişi üçün yox, hamıya. Dövlətimizin buna imkanı çatır. Çıxıb getdilər. Bu evi görürsünüz də - əli ilə göstərir - beş otaqdı. Təxminən 120 kvadratmetr. Sağ olsunlar. Heç fəhlələrə belə imkan vermədilər ki, beş-on manat hörmət eləyək. Hamısını özləri elədilər. Nazirliyin işçiləri gecə-gündüz kənddə olublar, hamının evi ilə maraqlanıblar. Problemlər var, amma adam gərək vicdanla danışsın. Kənddə görün nə qədər tikinti gedir. Mənim evim çay daşından idi. Prezident də bunu bildi. Dedi ki, nəinki bu ev, bütün evlər “kubik”lə tikilsin. Sağ olsunlar, elə də etdilər. Gərək uşaqları evləndirəm. Ev var da... (Gülür)
Abdulla kişi deyir ki, sentyabrın 9-da evdə oturubmuş. Xırda-para işlər görürmüş. Bu vaxt icra nümayəndəsi qaça-qaça gəlib ki, bəs Abdulla kişi prezident gəlir sənin evinə baxmağa.
- Mən də tez arvadı çağırdım ki, süfrə aç, prezident bizə qonaq gəlir. Amma bir də gördüm ki, bax, elə sənin kimi darvazanı açıb içəri girdi. Yanında da Kəmaləddin müəllim, icra başçısı. Mənimlə görüşüb dedi ki, evin tikildimi? Dedim, cənab prezident, əvvəlkindən də yaxşı. Qayıtdı ki, qoy özüm baxım. Girdi içəri, otaqlara baxdı, sonra ikinci mərtəbəyə qalxdı, ora da baxdı. Soruşdu ki, narazılığın yoxdu? Dedim nə narazılığım olacaq, mənə təzə ev tikiblər, içərisini də mebellə doldurublar. Heç oturmadı, tələsirdi. Yadigar bir şəkil çəkdirdik onunla.
***
Yeri gəlmişkən, elə Gözbarax kəndində tikilmiş orta məktəb binası da sözün həqiqi mənasında göz oxşayır.
“Bax, gör, məktəb nə gündə idi”
Gözbarax kənd tam orta məktəbinin direktoru Cərulla müəllim deyir ki, məktəb binası tamamilə yararsız vəziyyətə düşmüşdü.
- Prezident hələ may ayında bura gələndə göstərişi verdi. Fövqəladə Hallar Nazirliyinin xətti ilə məktəb üçün yeni binanın tikintisinə başlanıldı. Bax, qısa zamanda nə gözəl məktəb tikdilər. Yeni avadanlıq və dərs ləvazimatları ilə təmin edilmişik. Məktəbdə 36 sinif otağı, fənn kabinetləri, zəngin ədəbiyyat fonduna malik kitabxana, kompyuter otaqları, akt zalı, şagirdlər üçün istirahət zalları, 150 nəfərlik yeməkxana, bufet, müəllim otaqları, inzibati və digər otaqlar tikilib. Müasir qurğularla təmin edilmiş idman zalında basketbol, mini futbol və idmanın digər növləri ilə məşğul olmaq üçün lazımi şərait yaradılıb. Məktəbin binası havalandırma və yanğın həyəcanı sistemləri ilə təchiz edilib. Gəlin sizə məktəbin əvvəlki vəziyyətini göstərim.
Cərulla müəllim ayrıca fotostend düzəltdirib - uçmuş məktəblə yenisinin fərqindən ibarət.
- Əvvəla, o məktəb çox köhnə və birmərtəbəli idi. Fənn kabinələri çatışmırdı. O vaxt prezidentə də bu barədə dedik. Tapşırığını verdi, bu da məktəb. Özü də gəlmişdi açılışına. Baxdı, çox xoşuna gəldi. Məktəb bir yana e, kənddə təzə bağça, poçt binası da tikdilər.
“70 kvadrat da artıq tikdilər”
Ölkə başçısı Güllükdəki kimi Zaqatala rayonunun Gözbarax kəndində də qəfil bir addım atıb. Hələ 4 ay əvvəl bu kənddə olarkən müharibə veteranı Mahir Soltanovun evində olubmuş. Prezident bildirib ki, veteran üçün tikilmiş evə baxmaq istəyib. Mahir üçün də prezidentin gəlişi qəfil və gözlənilməz olub.
- Mənim evim əvvəllər 170 kvadratmetr idi. İndi 70 kv artıqdır. Fövqəladə Hallar Nazirliyinin xətti ilə tikilib. Elə prezidentə beləcə də dedim ki, heç ağlıma gəlməzi, yatsaydım yuxuma da girməzdi ki, belə evim olacaq.
Mahir deyir ki, beş otaqdan ibarət ikimərtəbəli ev qısa müddətdə və yüksək keyfiyyətlə tikilib. Lazımi avadanlıqla təchiz olunmuş, 9 bal gücündə zəlzələyə davamlı yeni evdə dörd nəfərdən ibarət ailənin rahat yaşaması üçün hər cür şərait yaradılıb. Həyətyanı sahəyə hasar çəkilmiş, asfalt salınıb. Yeni ev elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunub.
- Prezident özü də girdi evə, baxdı, işləri yüksək qiymətləndirdi. Mən neylədim? Heç nə, təşəkkürümü bildirdim. Şəkil çəkdirdik. Onu da dedim ki, kənddə bir an da olsa iş dayanmır. Material qıtlığı-filan da yoxdur. İnsanlarımız bir az da mehriban olsa, toparlansa, qısa zamanda Gözbarax göz oxşayacaq, təzə evləri ilə.
...Mahirin dediyi kimi, az qalıb. Hələ tikirlər, qururlar. İşlər başa çatandan sonra burada hansı mənzərənin yaranacağını təsəvvür etmək indidən də mümkündür. Hələlik isə Gözbaraxı tikinti materialları, tikilməkdə olan evlər, hasarlar və başqa infrastruktur obyektləri ilə geridə qoyub, yeni ünvana yol alırıq...
***
…Səfərimiz Şəkiyədir. Prezidentin Şəki səfəri isə bir məqamla daha çox yadda qaldı. O, Şəkidə həm də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla birgə idi. Prezident və baş nazir haralarda oldular, kimlərlə görüşdülər…və balaca Hüseyn baş nazir Ərdoğanı nə ilə təəccübləndirdi…
Bax, bu başqa söhbətin mövzusudur. Odur ki, bizi izləyin, maraqlı olacaq.
Səbuhi Məmmədli
Bakı-Qax-Zaqatala-Şəki-Bakı

9214