(R) Azercell 7 günə 7 hədiyyə qazandırdı
18 sentyabr 2012 10:02 (UTC +04:00)

(R) Azercell 7 günə 7 hədiyyə qazandırdı

Azercell Telekom MMC Facebook-dakı fanları arasında müsabiqənin nəticələrini açıqlayıb. Bir həftə davam edən yarışmanın yekununda qalib çıxan Facebook istifadəçiləri dəyərli hədiyyələr qazandılar. “7 günə 7 hədiyyə” müsabiqəsi 6-12 sentyabr tarixləri arasında Azercell-in Facebook-dakı rəsmi səhifəsində keçirilib. Bu müddət ərzində səhifənin əsas lövhəsində hər gün bir sual təqdim olunurdu. Müsabiqə iştirakçıları suala öz cavab variantlarını yazırdılar. Çoxsaylı istəkləri nəzərə alaraq, müsabiqədə həm mobil telefondan, həm də kompüterdən daxil olanlar iştirak edə bilirdilər. Hər gün sualın doğru və dəqiq cavabını ilk yazan şəxs qalib elan edilirdi. 7 gün ərzində səhifədə cəmi 7 sual yerləşdirilib və müvafiq olaraq 7 qalib elan olunub.
Sentyabrın 17-də Azercell-in ofisində “7 Günə, 7 Hədiyyə” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olundu. Qaliblər Music Gallery mağazalar şəbəkəsinə 100 AZN məbləğində alış-veriş kuponu qazandılar.

Sosial şəbəkələrdə fəaliyyətə ciddi önəm verən Azerell Telekom mütəmadi olaraq Facebook-dakı rəsmi səhifəsində www.facebook.com/azercell bu cür əyləncəli müsabiqələr keçirir. Bu cür yarışmalar Azercell-in Facebook fanlarına həm əylənmək, həm şirkətin məhsulları haqqında ətraflı məlumat əldə etmək, həm də qiymətli hədiyyələr qazanmaq imkanı yaradır.


Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1262

Oxşar yazılar