Tovuzda Nəsrəddin Tusi adına yeni məktəb binası istifadəyə verilib
Tovuz şəhərindəki Nəsrəddin Tusi adına tam orta məktəb üçün inşa olunan 1176 yerlik yeni məktəb binası istifadəyə verilib. Lent.az-ın məlumatına görə, mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və Milli Məclisin deputatı Qənirə Paşayeva respublikada, o cümlədən Tovuzda təhsilə göstərilən diqqət və qayğıdan danışıblar.
Natiqlər məktəblərin infrastrukturunun yeniləşməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərindən danışaraq qeyd ediblər ki, Fondun təşəbbüsü ilə reallaşan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində son illər rayonda 3 məktəb binası istifadəyə verilib.
Tədbirdə iştirak edən millət vəkili Q. Paşayeva kimi bildirib ki, Tovuz rayonunda təhsil sahəsində olan göstəricilər hər il artır. Sonra tədbir iştirakçıları yeni məktəb binası ilə tanış olublar.

2165