Mübariz İbrahimov adına liseydə “Bilik günü” qeyd olundu-FOTO
15 sentyabr 2012 18:11 (UTC +04:00)

Mübariz İbrahimov adına liseydə “Bilik günü” qeyd olundu-FOTO

Bu gün Biləsuvar şəhərində Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimovun adını daşıyan Liseydə “Bilik Günü” bayramına həsr olunmuş tədbir keçirildi.

Mərkəzi Bankdan lent.az-a verilən məlumata görə, tədbirdə Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev, Biləsuvar rayonunun icra başçısı Mahir Quliyev, millət vəkilləri Hadı Rəcəbli, Xanhüseyn Kazımlı, Fəzail İbrahimli, iştirak ediblər.

Mərasimin açılışında çıxış edən Alim Quliyev ölkə başçısının təhsilə olan qayğısından danışdı. A. Quliyev yeni dərs ilinin başlanması və Biləsuvar Liseyinin ilk məzunlarının ali təhsil məktəblərinə qəbul zamanı yüksək nəticələr göstərməsi münasibətilə bütün kollektivi təbrik etdi, şagirdlərin bundan sonra da daha böyük nailiyyətlər qazanacaqlarına əminliyini bildirdi.

Tədbir “Bilik Günü” bayramına həsr olunmuş səhnəciklər, şerlər və mahnılardan ibarət bədii proqramla yekunlaşdı.

Sonra tədbirdə iştirak edən qonaqlar müxtəlif elm sahələri üzrə şagirdlər tərəfindən hazırlanmış təqdimatlarla və Liseyin dəhlizində asılmış stendlərlə, o cümlədən sinif otaqlarında, fənn kabinetlərində, kitabxanada, yeməkxanada və idman zalında yaradılmış şəraitlə tanış oldular. Liseyin həyətində “Bilik günü”nə həsr olnmuş şahmat turniri də keçirildi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3025

Oxşar yazılar