“Sağ-salamatam”
15 sentyabr 2012 12:57 (UTC +04:00)

“Sağ-salamatam”

Ölkədəki media qurumlarından biri akademik Nizami Süleymanovun ağır vəziyyətdə olduğu barədə xəbər yayıb. Məlumatda N.Süleymanova istinadən onun öd kisəsi və böyrəyinin öz funksiyasını itirdiyi əksini tapıb. Bildirilir ki, uzun müddətdir bu səbəbdən aktiv ictimai-siyasi fəaliyyətdən uzaqlaşan akademik intensiv müalicə alır.

Durumu ilə əlaqədar N.Süleymanovla əlaqə saxladıqda məlum oldu ki, xəbər tamamilə əsassızdır: “Mənim səhhətimə təhlükə yarada biləcək heç bir problem yoxdur. Baxmayaraq ki, məlumatın həmin saytdan yığışdırılmasını xahiş etmişdik və iradımızı bildirmişdik. Ancaq bizim mövqeyimiz nəzərə alınmayıb. Sentyabrın 13-ü yox, aprelin 1-i olsaydı, deyərdim ki, bir zarafatdır, ediblər. Görünür tarixi qarışdırıblar”.

Bəs, bu məlumat hardan ortaya çıxıb? N.Süleymanov dedi ki, sadəcə bir xanım zəng edib ondan müsahibə istəyib: “Ona dedim ki, mən siyasi müsahibələr vermirəm, ancaq elmi söhbət edə bilərik. Gördüm əl çəkmir, dedim öd kisəmdə bir az ağrı var, elə hazırda ot dərmanları içirəm, özümə qulluq edirəm. Özü də elmi işlərlə məşğulam, sizinlə görüşməyə vaxtım yoxdur. Başqa bir söhbət olmadı. Sonra görürəm yazıb ki, Nizami Süleymanovun vəziyyəti çox ağırdır, öd kisəsi və böyrəyi funksiyasını itirib. Bu xəbər məşhur ”saman düşdü, Zaman düşdü" məsəlinə bənzəyir.

Allaha şükür, mən sağ-salamatam. Böyrəyimdən də şikayətçi deyiləm". N.Süleymanov media mənsublarını belə məsələlərdə diqqətli olmağa çağıraraq dedi ki, bu yanlış xəbərdən sonra ailə üzvləri narahatçılıq keçiriblər, həmçinin ona ölkədən və xaricdən çoxsaylı zənglər olub: “Elə bu gün Almaniyadan dostlar zəng etmişdilər, narahatçılıqlarını bildirdilər. Mənə zəng edən hər kəsə, həmçinin sizin qəzetə təşəkkür edirəm. Heç kim narahat olmasın, sağ-salamatam”.

musavat.com
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1155

Oxşar yazılar