Rezidenturaya bəzi yerlər boş qalıb
Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə bildirib.
E. Nağızadənin sözlərinə görə, Azərbaycan Tibb Universiteti Gigiyena (5 yer), Epidemiologiya (2 yer ), Respublika Gigiyena-Epidemiologiya Mərkəzi Gigiyena (8 yer), Epidemiologiya (7 yer) üzrə boş yerlər qalıb: “Müsabiqədə IV istiqamət (Tibbi-profilaktika) üzrə imtahan verib 70 və daha yuxarı bal toplayan namizədlər iştirak edə bilərlər və ayrılıqda baza və ixtisas fənləri üzrə cavablara bal məhdudiyyəti qoyulmur”.
Mətbuat katibi onu da bildirib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər sentyabrın 17-dən saat 10:00-dan 18-i saat 17:00-dək TQDK-ya müraciət edə bilərlər: “Qeyd edim ki, digər istiqamətlər üzrə plan yerləri tam dolub”
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Rezidentura” jurnalının 3-cü sayı nəşr olunub. Xüsusi buraxılışda 2012/2013-cü tədris ili üçün rezidenturaya qəbul olanların siyahısı və müsabiqə nəticəsində ixtisaslar üzrə alınmış keçid balları təqdim olunub.
Anar Məcidzadə

1677