Temperatur yüksələcək
15 sentyabr 2012 00:10 (UTC +04:00)

Temperatur yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə olan hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.-az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 15-də hava şəraitinin günün birinci yarısında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 16-20, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq.
İki günü qısa icmalına gəlincə, Respublika ərazisində hava şəraitinin nisbətən sabit, dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur 2-3 dərəcə yüksələcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2314

Oxşar yazılar