Komissiya sədri: “Təhsil haqqının ləğvindən danışmaq yersizdir”
Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev bildirib.
O qeyd edib ki, dünyanın bir sıra ölkələrində ali təhsil sistemində rəmzi olaraq ödənişlər ləğv olsa da, əksər ölkələrdə ödənişlər var: “Bu ödənişlər çox yüksək rəqəmlərlədir. Xüsusilə Avropa, ABŞ, Cənub-Şərqi Asiya ölkələrində təhsil haqqı çox yüksəkdir. Bizdəki ali məktəblərdə təhsil haqqının ləğvi isə ona görə mümkün deyil ki, bu, çox böyük rəqəmdir və onun ləğv olunması üçün həmin rəqəmin ödənilməsini dövlət öz üzərinə götürməlidir. Hesab edirəm ki, dövlətdə bu vəsait yoxdur. Ancaq bundan da vacib səbəblər var ki, ali təhsil sistemində ödənişlər ləğv olunmasın”.
Ş.Hacıyev həmçinin deyib ki, Azərbaycanda təhsil haqqı o qədər də yüksək deyil: “Xarici ölkələrlə müqayisə etsək, ümumiyyətlə, Azərbaycanda təhsil haqqı yoxdur. Ona görə hesab edirəm ki, yaxın 3 il müddətində təhsil haqqının ləğvi haqqında danışmaq yersizdir”.
Mübariz Aslanov

1142