Təhsil Nazirliyinə rayon məktəblərindən şikayət olunub
14 sentyabr 2012 14:38 (UTC +04:00)

Təhsil Nazirliyinə rayon məktəblərindən şikayət olunub

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 2012-ci ilin iyul ayında 2385, avqust ayında isə 1196 müraciət daxil olub. Bu barədə Lent.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İyul və avqust aylarında sorğu xarakterli müraciətlər çoxluq təşkil edir. Sorğuların əksəriyyətində ümumi təhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qə¬bulu, vaxtından əvvəl I sinfə şagird qəbulu, növbəti dərs ilindən müəllimlərin dərs yükü normaları, ümumi orta təhsil və tam orta təhsil haqqında sənədlərin (şəhadətnamə və attestatların) verilməsi ilə əlaqədar məsələlər öz əksini tapıb. Digər sorğularda xaricdə təhsil, xarici ölkə təhsil müəs¬si¬sə¬lə¬rindən verilmiş təhsil sə¬nəd¬lərinin tanınması, orta məktəb müəllimlərinin əmək haqqının, məzuniyyət pulunun he¬sab¬lan¬ması ilə əlaqədar olub.

Bütün bu sorğular “Qaynar xətt” xidmətinin növbətçiləri tərəfindən qeydiyyata alınaraq müvafiq qaydada cavablandırılıb. İyul ayında daxil olan müraciətlərin 2278-i telefonla, 107-si elektron poçt vasitəsilə qəbul edil¬ib. Belə ki, ümumi təhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qə¬bulu üzrə 1579, vaxtından əvvəl I sinifə qəbul üzrə 231, xaricdə təhsil üzrə 218, xarici ölkə təhsil müəs¬si¬sə¬lə¬rindən verilmiş təhsil sə¬nəd¬lərinin tanınması üzrə 57, müəllimlərin əmək haqqının he¬sab¬lan¬ması ilə bağlı 43, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədar 17 sorğu cavablandırılıb. Müxtəlif mövzular üzrə sorğu xarakterli digər müraciətlərə də müvafiq cavablar verilib. Bir sıra müraciətlərdə ümumi təhsil, ali və orta ixtisas təhsil müəs¬si¬sə¬¬lə¬¬rin¬dəki problemlərdən bəhs olunub. Bu qəbildən olan 17 müraciət əsasında araşdırmalar apa¬rıl¬ıb, prob¬lem¬lərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. İyul ayında “Qaynar xətt” xidmətinə daxil olan şikayət xarakterli müraciətlərin 2-si Bakı, hər birindən 1 müraciət olmaqla Gəncə və Sumqayıt şəhərləri, hər birindən 1 müraciət olmaqla Abşeron, Hacıqabul, Kəlbəcər, Şamaxı, Şəki, Quba, Göyçay, İmişli, Bərdə, Neftçala və Masallı rayon ümumi təhsil məktəbləri ilə əlaqədar olub. Müraciətlərdə ümumi təhsil məktəb məzunlarının buraxılış imtahanlarının nəticələrinə görə şəhadətnamə və attestatların verilməsi, təhsil sənədlərinin verilməsi, müəllimlərin işə qəbulu, müəllimlərin əmək haqqının, məzuniyyət pulunun verilməsi və digər mə¬sələlər öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 948

Oxşar yazılar