Milli Məclisdə elm və təhsillə bağlı qanun layihələri müzakirə ediləcək
Milli Məclisin Elm və təhsil komitəsi payız sessiyası ərzində bir sıra qanun layihələrini müzakirəyə çıxarılması gözlənilir. Lent.az-ın məlumatına görə, bu barədə komitə sədri Şəmsəddin Hacıyev bildirib.
O qeyd edib ki, bunlar arasında “Elm siyasəti haqqında” və “Ali təhsil haqqında” qanun layihəsi xüsusi yer tutur: “Hər iki qanun əhəmiyyətli layihələrdir. Bunlar gələcəkdə Azərbaycan təhsilinə ciddi töhfələr verəcək. Xüsusilə bu sahədə olan problemlərin qanun müstəvisində həllinə şərait yaradacaq. “Elm siyasəti haqqında” qanun olduqca mürəkkəb qanundur və bunu elə işləmək lazımdır ki, Azərbaycan elmində yeni stimul yaratsın”.
Onun sözlərinə görə, “Ali təhsil haqqında” qanun artıq başa çatmaq üzrədir və tezliklə müzakirəyə çıxarılacaq.
Mübariz

888