Yol pozuntularına görə cərimə balları dəyişdi
14 sentyabr 2012 11:00 (UTC +04:00)

Yol pozuntularına görə cərimə balları dəyişdi

Nazirlər Kabineti 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası”nda dəyişikliklər edib.

Lent.az-ın verdiyi məlumata görə, dəyişikliyə əsasən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla, nəqliyyat vasitəsini tam olaraq əks-istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət edilməsi cərimə balları tətbiq edilən yol hərəkəti qaydalarını pozma sayılacaq.

Eyni zamanda artıq sürücülər bir il ərzində 10 deyil, 12 və daha çox bal topladıqda, onların nəqliyyat vasitələrini idarə etmək hüququ İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş müddətə və qaydada inzibati cərimə tətbiq edilmədən məhdudlaşdırılacaq. Dəyişikliklərə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətinin 30-60 km/saat həddində aşılması 2 balla, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, yolda müəyyən edilmiş hərəkət sürətinin 60 km/saat həddindən artıq aşılması 3 balla qiymətləndiriləcək. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırılması, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına keçilməsi, dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulması və dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrinin idarə edilməsi, dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulması, qəza şəraitinin yaradılmasına, yəni hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntular törədilməsi, yol-nəqliyyat hadisəsi yerindən yayınma, yaxud Dövlət Yol Polisi əməkdaşlarının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrinin idarə edilməsi 4 balla, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi, nəqliyyat vasitəsini idarə etmək hüququ olan və nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edən şəxs tərəfindən pozuntuların törədilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada sərxoşluq vəziyyətinin yoxlanılması üçün nəqliyyat vasitəsini idarə edən şəxsin müayinədən boyun qaçırması 6 balla qiymətləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6065

Oxşar yazılar