Prokuror işləmək istəyənlər üçün keçirilən imtahan başa çatıb
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Baş Prokurorluqla birgə ölkə başçısının fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
İşə qəbulla bağlı ərizə qəbulu Azərbaycan Respublikası Prokurorluğu tərəfindən aparılıb və 100 ştat vahidi üzrə müsabiqədə iştirak etmək istəyən 461 nəfərin namizədliyi qeydə alınıb. İmtahan bu gün 10:00-da başlayıb və 3 saat ərzində davam edib və namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunub. İxtisas üzrə 80 sual hüququn müxtəlif sahələrini əhatə edir və bu sualların hər biri 1 balla qiymətləndirilir. Digər 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Məntiqi suallara verilən hər düzgün cavab 0.5 balla qiymətləndirilir.
Müsabiqə qaydalarına uyğun olaraq test imtahanında 70 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə buraxılacaqlar.
İmtahanın nəticələri bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) internet saytında yerləşdiriləcək.
Anar

1697