Gədəbəydə 4 min yaşı olan siklopik tikililər tapıldı
12 sentyabr 2012 17:44 (UTC +04:00)

Gədəbəydə 4 min yaşı olan siklopik tikililər tapıldı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Gədəbəyin Cəfərli kəndinin yaxınlığındakı Leşkər qalasında arxeoloji tədqiqatlar zamanı son tunc və erkən dəmir dövrünə aid arxeoloji maddi mədəniyyət nümunələri aşkarlanıb. Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Xocalı-Gədəbəy mədəniyyətinin ən qiymətli abidələrinə aid olan siklopik tikililərin 3.500 - 4 min il yaşı olduğu bildirilir.

Arxeoloji qazıntılar nəticəsində tapılan divar qalıqları, məişət nümunələri o dövrdə ərazidə sənətkarlığın, xüsusən dulusçuluq və toxuculuğun inkişaf etdiyini sübuta yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1905

Oxşar yazılar