Hökumət və parlament üzvləri şuşalı müəllimlərlə görüşüblər
Sentyabrın 11-də Bakı Slavyan Universitetində Şuşa rayon təhsil işçilərinin konfransı keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konfransda Təhsil Nazirliyinin, Şuşa Rayon İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin nümayəndələri, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.
Konfransı giriş sözü ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq iştirakçıları salamlayıb, təhsil işçilərini yeni dərs ili münasibətilə təbrik edib. Şuşa rayon təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev rayon məktəblərinin fəaliyyətindən danışıb və ali məktəblərə qəbul imtahanlarında ayrı-ayrı məktəblər üzrə abituriyentlərin göstərdiyi nəticələri diqqətə çatdırıb.
Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla Şuşa rayon təhsil müəssisələri ilə əlaqələrindən söz açıb və BSU-da oxuyan tələbələrin gələcəkdə bu məktəblərdə pedaqoji təcrübə keçmələrinin nəzərdə tutulduğunu qeyd edib.
Baş nazirin müavini, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qaçqın rayonlarına, o cümlədən Şuşa rayon təhsil işçilərinə göstərilən dövlət qayğısından danışıb.
Təhsil naziri Misir Mərdanov Şuşa rayon təhsil işçilərini qarşıdan gələn «Bilik günü» münasibəti ilə təbrik edib və yeni dərs ilində onlara daha böyük uğurlar arzulayıb. M. Mərdanov Şuşa rayon məktəblərində təhsil islahatlarının həyata keçirilməsi baxımından mühüm işlər görüldüyünü, tədris prosesində müasir təlim metodlarının tətbiq edildiyini nəzərə çatdırıb. Təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasını ölkə prezidenti İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısının təzahürü kimi səciyyələndirən nazir ölkəmizin sürətli inkişafı sayəsində daha böyük uğurların qazanılacağına inamını ifadə edib.
Sonra Şuşa rayon təhsil müəssisələrində çalışan bir qrup müəllimə Təhsil Nazirliyinin Fəxri fərmanı və «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanı təqdim olunub, yüksək bal toplayaraq ali məktəblərə qəbul olan məzunlara Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlar verilib.

634