Binəqədi RİH uşaqları sevindirdi - FOTO
Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 83 saylı məktəb-liseyin akt zalında 15 sentyabr – Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə şəhid, əlil, aztəminatlı və məcburi köçkün ailələrindən olan məktəblilərlə görüş keçirilib. RİH ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Natiq Əliyevin Lent.az-a verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan RİH başçısı Xaləddin İsgəndərov Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə uşaqları təbrik edib, onlara uğur diləyib.
Daha sonra Azərbaycan Respublikası Uşaq Fondunun Binəqədi rayon şöbəsinin sədri Esmiralda Rəhimova, Qarabağ Əlilləri Cəmiyyətinin sədri İlham Qayıbzadə, Əlil Qadınlar Cəmiyyətinin rayon şöbəsinin sədri Tamara Hacıyeva və başqaları çıxış edərək RİH-ə daima göstərdiyi diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.
Sonda isə rayon ərazisində yaşayan şəhid, əlil, aztəminatlı və məcburi köçkün ailələrindən olan 110 nəfər məktəbliyə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən məktəbli çantası, dərs ləvazimatları və maddi köməklik təqdim olunub.

1586