Yakutiyada canlı mamont hüceyrəsi tapıldı
Yakutiyada canlı mamont hüceyrəsi tapılıb. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, mamont hüceyrəsi bu ilin avqustunda Ust-Yansk rayonuna beynəlxalq paleontoloji ekspedisiya zamanı tapılıb. Ekspedisiyada Rusiya, Koreya, ABŞ, Kanada, İsveç və İngiltərə mütəxəssisləri iştirak ediblər. Ekspedisiyanın rəhbəri, Mamont Muzeyinin rəhbəri Semen Qriqoryev “İnterfaks” agentliyinə açıqlamasında deyib ki, 100 metr dərinlikdə tədqiqatlar üçün zəngin məkan tapılıb. Burada canlı və yumşaq toxumalar, yun və mamontun sümük beyni var. Ekspedisiyanın tədqiqatının nəticələri nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunacaq. Bununla bağlı geniş videomaterial isə gələn il “National Geographic” telekanalında nümayiş etdiriləcək. Alimlər klonlaşdırma yolu ilə canlı mamont yaratmağı mümkün sayırlar.
1722