Leysan yağışları nəticəsində çaylarda sululuq artıb
10 sentyabr 2012 17:38 (UTC +04:00)

Leysan yağışları nəticəsində çaylarda sululuq artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 9-da və 10-da yağan leysan xarakterli intensiv yağışlar nəticəsində Böyük Qafqaz və Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsində artım müşahidə olunub. Sentyabrın 8-də və 9-da Zaqatala rayonunun ərazisindən axan Talaçaydan, Qax rayonunun ərazisindən axan Kürmükçaydan, Ağçaydan və Oğuz rayonunun ərazisindən axan Əyriçaydan, Daşaqılçaydan qısamüddətli daşqın keçib. Lənkəran-Astara bölgəsi ərazisindən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 12 sm, Lənkərançay-Sifidorda 7 sm, Vəşərüçay-Daştatükdə 9 sm artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 55-125, Kiçik Qafqazın çaylarında 70-150, Lənkəran-Astara bölgəsi çaylarında 70-140, Naxçıvan MR çaylarında isə 55-60 faiz təşkil edir.


Sentyabrın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 105 m3/s, ongünlük normanın 86 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 107 m3/s və ongünlük normanın 88 faizini təşkil edib.


Yağan leysan yağışlarla əlaqədar sentyabrın 8-dən başlayaraq Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 61 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 203 m3/s olmaqla, ongünlük normanın 278 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 142 m3/s təşkil edib və ongünlük normanın 195 faizinə bərabər olub.


Sentyabrın 8-dən başlayaraq Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 11 sm, Şirvanda 22 sm, Salyanda 10 sm, Bankədə 5 sm, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 2 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 317 sm (2011-ci il sentyabrın 10-da 449 sm), Şirvanda 188 sm (2011-ci il sentyabrın 10-da 354 sm ), Salyanda 153 sm (2011-ci il sentyabrın 10-da 376 sm), Bankədə 209 sm (2011-ci il sentyabrın 10-da 261 sm), Araz çayının Novruzlu məntəqəsində isə 128 sm (2011-ci il sentyabrın 10-da 190 sm) təşkil edir.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 745

Oxşar yazılar