Hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq
11 sentyabr 2012 00:10 (UTC +04:00)

Hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə olan hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 10-u axşam və 11-də hava şəraitinin təzadlı dəyişərək küləkli, yağmurlu keçməsi və temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.

Sentyabrın 12-13-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən, əlverişlidir.
Bakıda və Abşeron yarımadasında sentyabrın 11-də hava şəraitinin tutqun olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 15-17, gündüz 17-21 dərəcə isti olacağı gözlənilir.
Hava şəraitinin təzadlı dəyişməsi ilə əlaqədar Abşeron çimərliklərində əlverişsiz hava şəraitinin müşahidə olunması ilə dəniz suyunun temperaturunun ötən günlərlə müqayisədə 2 dərəcəyədək aşağı enəcəyi, 21-22 dərəcə isti təşkil edəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 11-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1963

Oxşar yazılar