Azərbaycanda işləyənlərin sayı və əmək haqqı açıqlandı
Dövlət Statistika Komitəsinin apardığı “Əhalinin iqtisadi fəallığına dair” seçmə statistik müayinənin nəticələrinə əsasən 2012-ci ilin iyul ayının 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 620,6 min nəfər təşkil edib.
Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyul ayı üzrə orta aylıq əmək haqqının hesablanması üçün qəbul edilmiş muzdlu işçilərin orta siyahı sayı 1 milyon 391,5 min nəfər olub və onlardan 850 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 541,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Muzdla işləyənlərin 23,7 faizi təhsildə, 19,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4 faizi sənayedə, 9,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,2 faizi tikintidə, 5,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,2 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 14,8 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar. İyul ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 394,6 manat təşkil edib, yanvar-iyul aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 386 manat olub. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə və inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

1639