
Misir Mərdanov: “Etiraf etməliyəm ki...”
Bu il birinci sinfə gedən şagirdlərin sayının keçən illə müqayisədə 5 min 46 nəfər artacağı proqnozlaşdırılır. Lent.az-ın verdiyi məlumata görə, bunu təhsil naziri Misir Mərdanov söyləyib. Misir Mərdanov deyib ki, bu proqnozu 10-11-ci sinif şagirdləri üçün demək mümkün deyil: “Çünki yuxarı siniflərdə şagirdlərin məktəbdən məktəbə keçirilməsi halları olur. Bu isə həm idarəetmədə, həm də tədrisin keyfiyyətində problemlər yaradır. Heç kəsə sirr deyil ki, 10-11-ci siniflərdə bir çox valideyn yalandan uşağının məktəbini dəyişir, amma evində müəllimləri repititorluğa cəlb edir. Yəni şagirdin adı bir məktəbdən o birinə gedir, ciddi problemlər yaranır. Bu məsələlərin qarşısını almaq üçün ciddi addımlar atmaq lazımdır”.
Misir Mərdanov bildirib ki, repititorluq təhsilin keyfiyyətinə həm müsbət, həm mənfi təsir göstərir: “Etiraf etməliyəm ki, bu iş Azərbaycanda təhsilin nüfuzuna təsir göstərir”.
Anar
Misir Mərdanov bildirib ki, repititorluq təhsilin keyfiyyətinə həm müsbət, həm mənfi təsir göstərir: “Etiraf etməliyəm ki, bu iş Azərbaycanda təhsilin nüfuzuna təsir göstərir”.
Anar
Oxşar yazılar

Mayda bəxtəvərlər siyahısına düşən 5 BÜRC: Hər şey dəyişəcək
15 may 2025 , 00:02
Günəşdə 2025-ci ilin ən güclü partlayışı: güclü maqnit qasırğaları XƏBƏRDARLIĞI
14 may 2025 , 23:01
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
14 may 2025 , 21:20
Mayın ortasında lopa-lopa qar yağdı
14 may 2025 , 18:58
May DÖRD BÜRC üçün həlledici olacaq
14 may 2025 , 18:34
Sabah Bakının 5 rayonunda qaz olmayacaq
14 may 2025 , 17:56
Daha bir məktəbdə RÜŞVƏT İDDİASI: "Dərs saatları və attestatlar satılır"
14 may 2025 , 17:54