9-cu siniflər üçün payız imtahanı keçirilib
09 sentyabr 2012 15:38 (UTC +04:00)

9-cu siniflər üçün payız imtahanı keçirilib

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, imtahan respublikanın 55 şəhər və rayonunda aparılıb. Payız imtahanında bu il iyunda keçirilmiş buraxılış imtahanlarında iştirak etməyənlər və yaxud bir və ya iki fəndən müvəffəq qiymət ala bilməyən doqquzuncu sinif şagirdləri iştirak ediblər. 73 imtahan mərkəzində aparılmış imtahana 2 min 300-dən çox müəllim nəzarət edib.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili) və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlər təqdim olunmuş mövzu üzrə yazı işi yerinə yetiriblər.

İmtahan iki saat davam edib. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işi üçün isə 30 dəqiqə vaxt ayrılıb. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1127

Oxşar yazılar