Azərbaycan prezidenti Zaqatalada təhsil ocaqlarının açılışında iştirak edib
09 sentyabr 2012 15:06 (UTC +04:00)

Azərbaycan prezidenti Zaqatalada təhsil ocaqlarının açılışında iştirak edib

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib, təhsil ocağında yaradılmış şəraitlə tanış olub. Məlumat verilib ki, bu ilin mayında Zaqatalada baş vermiş zəlzələ nəticəsində Gözbarax kənd tam orta məktəbinin binası tamamilə yarasız vəziyyətə düşüb. Prezidentin göstərişinə əsasən bu il iyunun 12-də Fövqəladə Hallar Nazirliyinin xətti ilə məktəb üçün yeni binanın tikintisinə başlanıb. Bina yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa olunub. Yeni avadanlıqla və dərs ləvazimatları ilə təmin edilmiş məktəbdə bu il 250 şagird təhsil alacaqdır. Onların təlim-tərbiyəsi ilə 43 pedaqoq məşğul olur. Məktəbdə 36 sinif otağı, fənn kabinetləri, zəngin kitab fonduna malik kitabxana, kompyuter otaqları, akt zalı, şagirdlər üçün istirahət zalları, 150 nəfərlik yeməkxana, bufet, müəllim otaqları, inzibati və digər otaqlar vardır.
Burada şagirdlər üçün müzakirə zalları da yaradılıb. Təhsil ocağında məktəblilərin fiziki hazırlığının təşkilinə xüsusi diqqət yetirilib.
Prezident İlham Əliyev sinif otaqlarında, fənn kabinetlərində, kitabxanada, yeməkxanada və idman zalında yaradılmış şəraitlə tanış olub.
Dövlət başçısı məktəbdə yaradılmış şəraitdən razılığını bildirib.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Kənd sakini Əhməd Qurbanov göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq edib.

Bu gün prezident İlham Əliyev Zaqatala rayonunun Gözbarax kəndində uşaq bağçasının açılışında da iştirak edib.
Prezident İlham Əliyev cari il mayın 9-da zəlzələdən zərər çəkmiş Gözbarax kəndində olarkən sakinlər burada uşaq bağçasının tikilməsini xahiş etmişdilər. Dövlətimizin başçısı bu kənddə uşaq bağçasının inşası barədə tapşırıq vermişdi. Ümumi sahəsi 1350 kvadratmetr olan bağçada 50 uşağın təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Fövqəladə Hallar Nazirliyinin xətti ilə inşa edilmiş bağçada qazanxana, iki su anbarı tikilmiş, transformator quraşdırılıb.
Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev bağçanın kollektivinə uğurlar arzuladı.

Bundan sonra Azərbaycan Prezidenti Zaqatalada şəhid Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbi üçün yeni binanın təməlqoyma mərasimində iştirak edib.
Əvvəlcə dövlətimizin başçısı yeni tikiləcək məktəbin ərazisində Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstəsi qoyub.
Bildirilib ki, mayın əvvəlində ölkəmizin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Bəhmətli kənd orta məktəbinin binası da qəzalı vəziyyətə düşüb. Onun yerində üç korpusdan ibarət, 600 şagird yerlik üçmərtəbəli müasir tam orta məktəb binası tikiləcək.
Diqqətə çatdırılıb ki, məktəbdə tədris prosesinin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılacaq. Təhsil ocağının cari ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur.

Dövlət başçısı məktəb binasının təməlini qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1361

Oxşar yazılar