Hava soyuyacaq
09 sentyabr 2012 00:10 (UTC +04:00)

Hava soyuyacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə olan hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-23, gündüz 26-29 dərəcə isti olacaq.


Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.


Sentyabrın 10-12-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2225

Oxşar yazılar