“Xəbər var” “qara siyahı”ya düşəcək - FOTO
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.
Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 4 şikayəti müzakirə edib.
Əvvəlcə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Gülər Əhmədovanın “Bizim yol” qəzetinin 13 iyul 2012-ci il tarixli sayında gedən məqalə ilə bağlı müraciətinə baxılıb. Komissiya deputatın Mətbuat Şurasına məktubunda ifadəsini tapan və narazılıq doğuran məqamları araşdıraraq müvafiq rəy qəbul edib. Rəydə həmin yazının “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra prinsip və bəndlərinin tələblərinə sayğısızlıqla təqdim olunduğu, xüsusilə balansın gözlənilmədiyi, araşdırmanın nəzərə çarpmadığı, şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yönələn bir nümunənin səhifəyə çıxarıldığı cavabdeh tərəfin nəzərinə çatdırılıb. Eyni zamanda “Bizim yol”un iyulun 15-də dərc etdiyi mətnin “Kütləvi informasiya vasitələri haqqında” qanununun “Təkzib, cavab və düzəliş verilməsi qaydası” adlı 45-ci maddəsinin tələblərinə uyğun gəlmədiyi vurğulanıb. Komissiya qəzetə təkzib, yaxud deputat Gülər Əhmədovanın mövqeyinin əks olunduğu məktubunun dərcini tövsiyə edib.
İclasda “Yeni xəbər” qəzeti barədə də oxşar məzmunlu rəy qəbul olunub. Komissiya “Kav Min Vod Kurortları Agentliyi” MMC barədə gedən yazıda etik prinsiplərin tələblərinə sayğısızlıq göstərildiyini mətbu nəşr rəhbərliyinin nəzərinə çatdırıb. İradları səmimi qəbul edən baş redaktor İlqar Salmanlı qarşı tərəfin mövqeyinə aydınlıq gətirməyə hazır olduğunu söyləyib. Bu, şikayətçini də qane etdiyindən məsələ həllini tapmış sayılıb. İclasda iki mətbu nəşrlə əlaqədar toplanmış sənədlərin Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına göndərilməsi razılığına gəlinib. Bunlar “Əsrin kirpiləri” və “Seans” qəzetləridir. Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının və “Xəbər var” qəzetinin şikayətlərinə baxılarkən komissiya bunun üçün ciddi əsasların mövcudluğunu aşkarlayıb. Bu komissiyanın araşdırmasından sonra Mətbuat Şurası İdarə Heyətində qəzetlərin adlarının Şuranın “reket nəşr”lər üçün tərtib etdiyi “qara siyahı”ya salınması ilə bağlı məsələ müzakirə olunacaq.

2600