Rezidenturaya imtahan verənlərin 50 faizinin qəbul olma şansı var
07 sentyabr 2012 11:55 (UTC +04:00)

Rezidenturaya imtahan verənlərin 50 faizinin qəbul olma şansı var

Sentyabrın 8 və 9-da rezidenturaya imtahanları keçiriləcək. Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə söyləyib.

Məleykə Abbaszadə bildirib ki, sentyabrın 8-də rezidenturaya imtahanların birinci mərhələsi, sentyabrın 9-da ikinci mərhələsi keçiriləcək. TQDK sədri rezidenturaya 1121 nəfərin sənəd verdiyini, 514 plan yerinin olduğunu, sənəd verənlərin yarısının qəbul olma şansının olduğunu nəzərə çatdırıb.

Məleykə Abbaszadə sentyabrın 13-də prokurorluq orqanlarına işə qəbulla bağlı imtahanların keçiriləcəyini də açıqlayıb.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1173

Oxşar yazılar