Bakıda qadınlar gender bərabərliyini müzakirə etdilər - FOTO
Bakıda “Qadınların Liderlik Konfransı” adlı tədbir keçirilib. Lent.az-ın məlumatına görə, “Gənc Liderlər, Təhsil, Təlim və İnkişaf” və “Gələcəyə Körpü” Gənclər İctimai Birliklərinin əməkdaşlığı və Amerika Birləşmiş Ştatlar səfirliyinin maliyyə dəstəyi ilə keçirilən tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Ceyhun Osmanlı, Vaşinqton Ştatının Senatı Liza Braun, İctimai Birliklərin üzvləri və media nümayəndələri iştirak ediblər.
Layihənin əsas məqsədi qadınlar və kişilər arasında gender bərabərliyini yaratmaq, həmçinin qadınların ictimaiyyətdə mövqeyini genişləndirməkdir.
Tədbirdə iştirak edən layihənin moderatoru Günel Səfərova layihə haqqında məlumat verərək bildirib ki, layihənin daha effektli olması üçün iştirakçılar qruplara bölünəcək. O həmçinin vurğulayıb ki, bu qərar və təkliflər aidiyyəti qurumlara ötürüləcək.
Qeyd edək ki, layihənin icrası 2 il ərzində həyata keçiriləcək. Burada qadınlarla bərabər kişilər də iştirak edəcək. Belə ki, 90 qadın və 30 kişi layihədə yer alacaq. Daha sonra isə “Gender Akademiya”da aktiv layihə iştirakçıları xarici ölkələrdə təmsil olunacaq.
Tədbirdə çıxış edən Qənirə Paşayeva isə cəmiyyətin bugünkü həyatında qadınların əvəzsiz rolunun olduğunu diqqətə çatdırıb. Millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə danışıb. Azərbaycanda qadınlara seçki hüququnun hələ 1918-ci ildə verildiyini qeyd edən Qənirə Paşayeva bununla Azərbaycanın nəinki Şərqdə, həm də dünyanın bir sıra ölkələri ilə müqayisədə qadınlara seçib-seçilmək hüququ verən ilk dövlətlərdən biri olduğunu söyləyib. Millət vəkili deyib ki, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir və qadınların cəmiyyətin və dövlətin bütün sahələrində rolunun daha da artmasına və genişlənməsinə böyük ehtiyac var. O, xüsusilə bölgələrdə gender bərabərliyi istiqamətində maarifləndirmə, təbliğat-təşviqat işlərinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın məişət zorakılığına, qadınlara qarşı zorakılıqla mübarizə aparan ölkələrdən biri olduğunu qeyd edən deputat bu istiqamətdə də işlərin daha da genişləndirilməsinin vacibliyindən danışıb. Millət vəkili erkən nikahlara qarşı mübarizənin də cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri olduğunu deyib.
Daha sonra “Siyasi həyatda və dövlət qulluğunda qadınların iştirakı” mövzusunda müzakirələr edilib.

Oxşar yazılar

Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA
2 aprel 2025 , 09:21
Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü
2 aprel 2025 , 09:14
Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu olacaq
2 aprel 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
2 aprel 2025 , 08:15Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi
2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT
1 aprel 2025 , 20:04
İntim əlaqədə olmaq istənməməsinin SƏBƏBLƏRİ
1 aprel 2025 , 19:59