Sudan qanunsuz istifadəyə görə cərimələr ağırlaşdı - CƏDVƏL
06 sentyabr 2012 15:07 (UTC +04:00)

Sudan qanunsuz istifadəyə görə cərimələr ağırlaşdı - CƏDVƏL

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən qanunsuz istifadəyə görə dəymiş ziyanın hesabatının aparılmasına dair yeni Təlimat qəbul olunub.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, yeni təlimat sudan səmərəli istifadə edilməsi və su itkisinin qarşısının alınması, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən qanunsuz istifadə edən istehlakçıların aşkarlanması, “Azərsu” ASC-yə dəymiş ziyanın hesablanması və ödənilməsi qaydalarını tənzimləyir.

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən qanunsuz istifadəyə görə dəymiş ziyanın hesablanmasına dair Təlimat “Su təchizatı və tullantı suları haqqında” qanuna, qüvvədə olan digər qanunvericilik aktları və “Azərsu” ASC-nin daxili normativ sənədlərinə əsasən hazırlanıb. İçməli su və kanalizasiya xidmətlərindən qanunsuz istifadə halları dedikdə “Su təchizatı və tullantı sularının axıdılması üzrə” müqavilə olmadan bu xidmətlərdən istifadə etmə, sayğacdan kənar əlavə su xəttinin çəkilməsi, əhali qrupuna aid istehlakçılara verilən suyun kommersiya obyektlərində istifadəsi, sayğaca , həmçinin sayğacın plombuna müdaxiləsi nəzərdə tutulur. Yeni təlimata əsasən xidmətlərdən qanunsuz istifadə aşkar edildikdə “Azərsu” ASC-nin əməkdaşları tərəfindən qanunsuz istifadəçinin nümayəndələrinin iştirakı ilə akt tərtib edilir və dərhal onun su təchizatı dayandırılır. Yazılmış akta uyğun olaraq istehlakçının fəaliyyət növünün hansı iş rejiminə uyğun olması, ona göstərilən xidmət növü nəzərə alınmaqla “Azərsu”-ya dəymiş ziyan hesablanır, müvafiq ödəniş sənədi və müqavilə qanunsuz istehlakçıya təqdim edilir. Bildirişdə 5 iş günü müddətində dəymiş ziyanın ödənilməsi tələb edilir. Dəymiş ziyanı tam ödəməyənə qədər qanunsuz istifadəçinin su təchizatı bərpa olunmayacaq.

Qeyd edək ki, qeyri-əhali qrupuna aid istehlakçıların xidmətlərdən qanunsuz istifadəsi nəticəsində “Azərsu” ASC-yə dəymiş ziyanın məbləği təlimata əlavə olunmuş cədvəl əsasında hesablanır (cədvəl əlavə olunur). Məsələn, büdcə və büdcəyə bərabər müəssisələrin su xəttinin diametri 20 mm olarsa, dəymiş ziyanın hesablanması zamanı saatlıq su sərfi 1.14 kubmetr götürülür. Aylıq dəymiş ziyan gündəlik 8 saat olmaqla 22 gün üçün hesablanır. Kommersiya obyektləri üçün isə eyni qayda qalmaqla ayın 30 günü nəzərə alınmaqla hesablanır. Bunları nəzərə alsaq, büdcə və büdcəyə bərabər müəssisələrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən qanunsuz istifadə etdiyinə görə ay ərzində 200 kubmetr, kommersiya obyektlərinə isə ay ərzində 273 kubmetr sərfiyyat götürülməklə onun dəyəri qədər dəymiş ziyan hesablanacaq. Başqa sözlə, əgər hər hansı bir kommersiya obyekti 20 mm diametrli xətlə içməli su, eləsə də kanalizasiya xidmətlərindən qanunsuz istifadə edərsə, onun sahibi 1 il üçün 3124 (üç min yüz iyirmi dörd) manat dəymiş ziyan ödəməli olacaq. Yeri gəlmişkən, qeyri-əhali qrupu üçün dəymiş ziyan maksimum 3 illik hesablana bilər.

Sayğaca və yaxud sayğacın plombuna müdaxilə aşkar edilərsə, o zaman sayğaca sonuncu baxışdan sonra ötən müddət üçün dəymiş ziyan hesablanır. Əhali qrupuna aid istehlakçının xidmətlərdən qanunsuz istifadəsi aşkar edildikdə ilk növbədə həmin mənzildə yaşayanların sayı və qanunsuz istifadənin hansı vaxtdan mövcud olduğu aydınlaşdırlır. Əgər həmin mənzildə yaşayanların dəqiq sayını aydınlaşdırmaq mümkün olmazsa, evdə qeydiyyatda olanların sayı Azərbaycan Respublikası üzrə orta statistik ev təsərrüfatı üzvlərinin sayına uyğun olaraq 4 nəfər götürülür və 1 nəfər üçün normaya uyğun olaraq aylıq sərfiyyat 5 kubmetr hesablanır. Əgər qanunsuz istifadənin hansı vaxtdan mövcud olduğunu dəqiqləşdirmək mümkün olmazsa və yaxud həmin müddət 1 fevral 2011-ci ildən əvvələ aid olarsa, qanunsuz istifadə elə həmin tarixdən ötən müddət üçün sənədləşdiriləcək.



Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi və "Azərsu" ASC-yə dəymiş ziyanın hesablanması cədvəli

Borunun diametri,    mm

Saatlıq su sərfi (1,0 m/san)

Büdcə və büdcəyə bərabər müəssisələr üzrə

Kommersiya obyektləri üzrə

Əhali ailə tərkiblə

Saat

Gün

Aylıq sərfiyyat, m³

Illik sərfiyyat, m³

3 Illik sərfiyyat, m³

Saat

Gün

Aylıq sərfiyyat, m³

Illik sərfiyyat, m³

3 Illik sərfiyyat, m³

Ailə tərkib sayı

Aylıq norma

Aylıq sərfiyyat, m³

Illik sərfiyyat, m³

1

d=15

0.61

8

22

108

1,293

3,878

8

30

147

1,763

5,288

4

5

20

240

2

d=20

1.14

8

22

200

2,403

7,210

8

30

273

3,277

9,832

4

5

20

240

3

d=25

1.94

8

22

342

4,106

12,317

8

30

467

5,599

16,796

4

5

20

240

4

d=32

3.44

8

22

605

7,261

21,783

8

30

825

9,901

29,704

4

5

20

240

5

d=40

4.54

8

22

798

9,580

28,740

8

30

1,089

13,064

39,191

 

 

 

 

6

d=50

7.63

8

22

1,343

16,119

48,356

8

30

1,832

21,980

65,940

 

 

 

 

7

d=80

19.26

8

22

3,390

40,677

122,031

8

30

4,622

55,469

166,406

 

 

 

 

8

d=100

30.60

8

22

5,386

64,627

193,882

8

30

7,344

88,128

264,384

 

 

 

 

9

d=125

47.70

8

22

8,395

100,742

302,227

8

30

11,448

137,376

412,128

 

 

 

 

10

d=150

67.86

8

22

11,943

143,320

429,961

8

30

16,286

195,437

586,310

 

 

 

 

11

d=200

123.30

8

22

21,701

260,410

781,229

8

30

29,592

355,104

1,065,312

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7734

Oxşar yazılar