Anadolu Universitetinin nümayəndə heyəti BDU-da olub - FOTO
Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Anadolu Universitetinin nümayəndə heyətini qəbul edib. BDU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Anadolu Universitetinin rektoru, professor Davut Aydın, rektor müavini professor Mustafa Cavcar, Aviasiya və Kosmos Elmləri dekanı, professor Mehmet Şerif Kavsaoğlu, Azərbaycan Türkiyə İş adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yanğın, Türkiyə səfirliyinin II katibi Bahar Doğan iştirak ediblər.
A.Məhərrəmov qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edərək, Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrindən, qloballaşan dünyada Azərbaycanla Türkiyənin birgə addımlamasından bəhs edib. Rektor həmçinin BDU-nun Türkiyənin bir çox universitetləri ilə əlaqəsinin olduğunu, Ankara Universitetinin hüquqşünas hazırlığı ilə bağlı ikili diplom verəcəklərini qonaqların diqqətinə çatdırıb. Anadolu Universitetinin rektoru, professor Davut Aydın isə öz növbəsində Azərbaycanın ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində olmasından qürur hissi duyduğunu bildirib. O, Anadolu Universiteti haqda ətraflı məlumat verib. Bildirib ki, 1 milyondan çox tələbəsi olan universitetin 16 fakültəsi, 7 institutu, 42 araşdırma mərkəzi, 1 konservatoriyası, 1 “TRT-okul” televiziya kanalı, 2 studiyası var. Daha sonra rektor Davut Aydın səfərdə əsas məqsədin BDU və Anadolu Universiteti arasında əməkdaşlıq əlaqələri yaratmaqdan ibarət olduğunu söyləyib. Söhbət zamanı bununla bağlı bir sıra məsələlər də müzakirə edilib.
Daha sonra qonaqlar universitetlə yaxından tanış olmaq məqsədilə Nanoaraşdırmalar, Nüvə Maqnit Rezonans, Ekoloji monitorinq üzrə elmi-tədris laboratoriyalarında, Heydər Əliyev muzeyində, Elektron Tədris Mərkəzində olublar.

1711