Şura QHT mühasibləri üçün yeni kurslara start verdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərdə Milli Mühasibat Uçotu Standartlarının müasir tələblərə uyğun tətbiqi sahəsində yeni layihə həyata keçirir. Layihəyə əsasən 200 QHT-yə “Günəş” mühasibat uçotu kompyuter proqramının öyrədilməsi və onlardan yarısının proqramla təmin edilməsi nəzərdə tutulur.
3 sentyabr tarixdən fəaliyyətə başlayan layihə çərçivəsində, 5 nəfəri regionlardan olmaqla, 10 nəfər mühasibin təlimçi kimi hazırlanmasına başlanmışdır. Təlimçilərin öyrədilməsi “Günəş Sistemi” proqramlar paketinin müəllifi olan “LİNK&A” MMC-nin əməkdaşları tərəfindən həyata keçirilir. Hazırlanmış təlimçilər öz biliklərini Şura tərəfindən təşkil ediləcək kurslarda QHT mühasiblərinə öyrədəcəklər. Kurslar Bakıda Milli QHT Forumunun ofisində, regionlarda isə Milli QHT Forumunun Quba, Şirvan, Şəmkir, Qəbələ və Mingəçevir RQRTM-lərinin ofislərində təşkil ediləcəkdir.
Kurslara cəlb edilmə QHT rəhbərlərinin Şura Katibliyinə ünvanladığı rəsmi ərizəyə əsasən həyata keçiriləcəkdir. QHT rəhbərinin ərizəsinə əsasən kursa cəlb edilməsi təklif olunan mühasibin Azərbaycan dilində tərtib olunmuş şəxsi anketi (CV), şəxsiyyət vəsiqəsinin surəti, ixtisas üzrə diplom və ya sertifikatının surəti əlavə edilməli, mobil telefonunun nömrəsi və e-mail adresi göstərilməlidir. Kurslara müdavim seçimində üstünlük mühasibat ixtisaslı kadrlardan daha çox iş stajı və kompyuter bilikləri olanlara veriləcəkdir. Seçim zamanı Şuraya təqdim edilmiş hesabatların keyfiyyəti də nəzərə alınacaqdır.
Sənədlərin təqdim edilməsi və digər məsələlər üçün Katibliyin əməkdaşı Cəmilə Əliyeva ilə əlaqə saxlamaq lazımdır. Əlaqə telefonu 493-15-81; 493-17-80 .
2012-ci ildə Şuradan maliyyə yardımı almış QHT-lərin mühasibləri hesabatı təqdim etdiyi Katiblik əməkdaşına da müraciət edə bilərlər.
Layihəyə ümumi rəhbərlik Katibliyin baş mühasibi Tofiq Həsənov tərəfindən həyata keçirilir.
1147