Tovuzda hərbi məktəbləri seçənlərin sayı artır - FOTO
04 sentyabr 2012 17:10 (UTC +04:00)

Tovuzda hərbi məktəbləri seçənlərin sayı artır - FOTO

Tovuz rayonunda təhsil işçilərinin konfransı keçirilib. Lent.az-ın məlumatına görə, konfransda 2011-2012-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə məruzə dinlənilib.

Məruzədə bildirilib ki, bu il rayonun ümumtəhsil məktəblərinin məzunlarından 527-si ali, 84-ü isə orta ixtisas məktəblərinə qəbul olunub. Ali məktəblərə qəbul olunanların 73-ü 500-dən, 18-i 600-dən, 167-si isə 400-dən artıq bal toplayıb. Məzunların 44 nəfəri ali hərbi məktəblərdə, 35-i isə Cəmşid Naxçıvanski adına hərbi liseydə və hərbi tibb məktəbində təhsil alacaq.

Cari ildə buraxılış imtahanlarının nəticələrinə görə 7 məzun qızıl medalla təltif olunub.

Bildirilib ki, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində son illər rayonda üç məktəb binası istifadəyə verilib. Bundan əlavə, dövlət vəsaiti hesabına 6 min 772 şagird yerlik 18 məktəb binası inşa olunub. Artıq 2 min 616 şagird yerlik 6 yeni məktəb binasının tikintisi başa çatıb və yeni dərs ilində istifadəyə veriləcək.

Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva bildirib ki, Tovuz rayonunda təhsil sahəsində olan göstəricilər hər il artır. Millət vəkili ali məktəblərə daxil olan şagirdlərin və bunların arasında 500 baldan artıq toplayanların sayının artmasını yaxşı hal kimi vurğulayıb.

Millət vəkili bu il Tovuz rayonundan 79 nəfərin ali hərbi məktəblərə daxil olmasını yüksək qiymətləndirərək bildirib ki, ölkə üzrə rayonlar arasında ən çox hərbi məktəblərə daxil olanların sayına görə Tovuzun ön sırada olması onu çox məmnun edir. "Hər il Tovuz rayonundan hərbi məktəblərə daxil olan gənclərin sayının artması çox önəmli göctəricidir. Tovuz rayonundan hər il nəinki hərbi məktəblərə daxil olanların sayı, həm də onların bal göstəricilərinin artması bizim üçün çox önəmlidir. Bizim ordumuzun peşəkar, ali təhsilli kadrlara böyük ehtiyac vardır. Ona görə də hərbi məktəblərə üz tutan gənclərimiz orta məktəbləri ən yaxşı nəticələr ilə qurtaran gənclərimiz arasından olmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2073

Oxşar yazılar