Hava şəraitində kəskin dəyişiklik gözlənilmir
                                    
                                    0
                                
                                    0
                                
                                Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sentyabrın 5-ə olan hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub, cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 18-22, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. 
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 5-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacaq.