Metronun 5 stansiyası yenidən bağlanacaq
04 sentyabr 2012 15:23 (UTC +04:00)

Metronun 5 stansiyası yenidən bağlanacaq

Yeni - Bənövşəyi xəttin tikinti işləri ilə əlaqədar Bakı Metropoliteninin «20 Yanvar-Dərnəgül» sahəsi sentyabrın 6-sı saat 22:00-dan sentyabrın 10-u saat 06:00-a qədər bağlanacaq. Metropolitendən Lent.az-a verilən məlumata görə, həmin müddət ərzində «20 Yanvar-Dərnəgül» və əks istiqamətdə, qatarların hərəkəti dayandırılacaq və sərnişinlər qeyd olunan sahələrdə yerləşən stansiyaların («20 Yanvar», «Memar Əcəmi», «Nəsimi», «Azadlıq prospekti» və «Dərnəgül») xidmətindən istifadə edə bilməyəcəklər.

Həmin müddət ərzində qeyd olunan istqamətlərdə hərəkət etmək üçün sərnişinlərdən digər ictimai nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunur. Bu müddət ərzində Bakı Metropoliteninin qatarları «Həzi Aslanov-İçərişəhər» və «Həzi Aslanov-İnşaatçılar» istiqamətlərində və əksinə olmaqla hərəkət edəcək.

Bakı Metropoliteninin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2915

Oxşar yazılar